Sosial / Slayd (29-04-2016, 11:37)
İcra başçısının adamı rüşvət istəyir - ŞİKAYƏT
“Binəqədi rayon İcra Hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpaqın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyir”.
Mediatv.az xəbər verir ki,bu sözləri Bakının Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 95 də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu TİA.AZ-a şikayət məktubunda yazıb.
Onun sözlərinə görə, rüşvəti verməyə imkan olmayıb: “Buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib. Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən həmin 3 sot torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq. Buna dair sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır”.
Şikayətçi qeyd edib ki, həmin ərazidə torpaqları vətəndaşlar bu qaydada satın alıb üzərində ev tikdirmişdilər: “Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa, buyurub yoxlayıb ondan sonra qadağa qoysunlar.
Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin sədri Anar Abbasova istədiyi pulu verib. Mənim isə heç bir imkanım yoxdur deyə qanunsuzluqla üzləşmişəm.
Evin tikintisini isə qohum-əqraba kömək edir. Uzun illərdi ailəmlə, iki azyaşlı uşaqla kirayədə yaşayıram. Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirakçısıyam. Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik”.
S.Əliyev bildirib ki, bu korrupsiya cinayəti barədə prezident İlham Əliyev, Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət edib: “Mətbuat vasitəsi ilə də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib xahiş edirəm bu korrupsiya faktını yerində yoxlanılıb.