Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (7-01-2016, 19:13)
“36 saylı TSEK-də məndən rüşvət istəyirlər” - ŞİKAYƏT

скачанные файлы

Mediatv.az xəbər verir ki, Zərdab rayonu, H.Zərdabi küçəsi ev 4 ünvanında yaşayan İsrafilzadə Təbriz Aqil oğlu Prezident İlham Əliyevə məktubunun bir nüsxəsini “AzPolitika.info”ya göndərib. Məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“36 saylı Tibbi Sosial Ekspert Komissiyasında mənə əlillik dərəcəsinin təyin edilməsi üçün rüşvət istəyirlər. Mən isə həqiqətən də xəstəyəm və buna görə qanunla mənə əlillik dərəcəsi təyin edilməlidir.

Belə ki, 2012-ci ilin aprel ayı tarixində Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərildim. 407 saylı hərbi hissədə hərbi xidmət keçdiyim vaxt bədənimin hərarəti yüksəldi deyə, hərbi hospitala yerləşdirildim. Orada müayinə edildikdə ürəyimdə çat olduğu müəyyən edildi.
Stasionar müalicə edildikdən sonra hərbi xidmətə yararsız olduğum üçün hərbi xidmət keçməkdən təxris edildim. Bunu təsdiq edən bütün sənədləri mənə təqdim etdilər.
Buna görə mənə Bakıda Bankdan 2500 manat kompensasiya verildi. Bankdan mənə bildirildi ki, əlillik dərəcəsi təyin ediləcəksə, sənə əlavə 4000 manat da kompensasiya ödəniləcək.
Xəstəliyimin ciddi olmasına görə əlillik dərəcəsi təyin edilməsi üçün 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etdim. Həmin vaxt orada bir nəfər üzdən tanıdığım əməkdaş məndən 4000 manat pul istədi ki, mənə əlillik dərəcəsi təyin etsin.

Ona imkansız olduğumu və əlillik təyin ediləcəyi halda mənə əlavə 4000 manat kompensasiya veriləcəyini dedikdə, bildirdi ki, get həmin pulu al gətir bizə, bundan sonra sənə əlilik dərəcəsi təyin edim. Bankdan isə bildirildi ki, həmin 4000 manat kompensasiya sənə əlillik dərəcəsi təyin edildikdən sonra ödəniləcək.

Buna görə də 36 saylı Tibbi Sosial Ekspert Komissiyası mənə əlillik dərəcəsi düşməməsinə dair qərar çıxartdı. Ancaq istədikləri rüşvəti versəydim, sağlam və ya xəstə olmağımdan asılı olmayaraq, mənə əlillik dərəcəsi təyin edəcəkdilər.
Şəxsən konkret adamlar tanıyıram ki, tam sağlam olsalar da, 36 saylı TSEK-na rüşvət verib əlillik dərəcəsi alıblar. Həmin adamlar obyektiv müayinə edilsələr, onlarda təyin edilən xəstəliklər mövcud olmayacaq. Mən həqiqi xəstəyəm buna görə də mənə qanunda nəzərdə tutulan qaydada əlilik dərəcəsi təyin edilməlidir.

Ancaq 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına istədikləri rüşvəti verməyə imkanım olmadığı üçün bu hüququmdan məhrum olmuşam. Buna görə də şikayət ərizəm tam, hərtərəfli və obyektiv araşdırılıb qanunu tədbirlər görülməlidir.
Mən bu korrupsiya cinayəti barəsində Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova şikayət ərizələri ilə müraciət etmişəm.

Mətbuat vasitəsi ilə həmin şəxslərə bir daha müraciət edib xahiş edirəm ki, qanunsuzluq faktını tam, hərtərəfli və obyektiv araşdırıb korrupsiyaya qurşanmış 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının əməkdaşları barədə ciddi tədbirlər görsünlər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024