Sosial / Slayd (22-04-2016, 10:16)
“Ziya Məmmədov müəmması”nın sirri
Nəqliyyat naziri Donald Trampa görə vəzifədə saxlanılır?
Mediatv.az: Nəqliyyat Nazirliyinin ləğv olunması ilə bağlı sənədlərin artıq hazır olduğu barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, artıq nazirliyin rəhbər işçilərinə də bu barədə məlumat verilib və onlara əşyalarını toplamaq tapşırılıb. Həmçinin qeyd olunurdu ki, yaxın günlərdə nazirliyin ləğv olunduğu rəsmən elan olunacaq.
Ziya Məmmədovun taleyinə gəlincə, məlumatı verən mənbə bu barədə konkret informasiyaya malik olmadığını bildirmişdi.
Dünən redaksiyamıza daxil olan məlumata görə, Ziya Məmmədov artıq hakimiyyət düşərgəsində “vurulmuş” kadr sayılsa da, iqtidarın başbilənləri onu tamamilə kənara atmaq istəmir. Bunun səbəbi isə nəqliyyat nazirinin ABŞ prezidentliyə namizəd Donald Trampla isti münasibətlərinin olmasıdır. Hakimiyyət ideoloqları hesab edir ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə Ziya Məmmədov vasitəsilə ABŞ-la münasibətləri yaxşılaşdırmaq olar. Donald Tramp prezident seçilməcəyi təqdirdə isə Ziya Məmmədov əhəmiyyətini itirəcək.
Bəzi iddialara görə, Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətlərinin əlindən alınmasına baxmayaraq onun işdən çıxarılmaması və Nəqliyyat Nazirliyinin ləğvinin yubadılmasının sirri də budur.
Qeyd edək ki, Ziya Məmmədovun Donald Trampla biznes ortaqlığı da olub. Nazirin oğlu Anar Məmmədov Bakıda Trampın tikinti layihələrini həyata keçirirdi.
Azadliq.info