Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-02-2016, 12:25)
Gədəbəydə sosial müdafiə problem: dəfn pulu da verilmir

Gədəbəydə sosial müdafiə problem: dəfn pulu da verilmir

 

Müdir şöbədə normal iş mühiti yaratmaq əvəzinə, vaxtının böyük hissəsini “özəl” işlərinə xərcləyir

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin fəaliyyəti ilə bağlı ictimai rəy məlumdur: özbaşınalıq, qanunsuzluq baş alıb gedir, vətəndaşlar incidilir, get-gələ salınır, bir sözlə, vətəndaşların hüquqları tapdanır.

Bu istiqamətdə Gədəbəy rayonundan xeberinfo.com-a daxil olan məlumata görə, bu rayonda hətta dəfn pulu da yeyilir…

Verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində analoqu olmayan özbaşınalıq hökm sürməkdədir. Xatırladım ki, bir müddət öncə Türküstan.info saytında da bu şöbənin fəaliyyəti ilə bağlı eyni məlumatlar yazılmışdır. Rayon sakinlərinin dediklərinə görə, nə qədər yazılsa da Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində durum düzəlmir ki, düzəlmir: Mənbənin bildirdiyinə görə, dövr üzrə rüblük bəyannamələri təqdim edəndə, vətəndaşa bildirilir ki, bəyannamədə uyğunsuzluq var.Halbuki vətəndaşların təqdim etdiyi bəyannamədə heç bir uyğunsuzluq olmadığı halda, onların nəsə qoparmaq üçün şöbəyə çağırırlar. Bu cür hallar artıq vətəndaşları narahat edir. Hesabatı qaydasında olmasına baxmayaraq vətəndaşları aldadaraq onlardan nəsə umurlar. Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə daxil olarkən məlumat şöbəsində heç kimi tapmaq mümkün deyil. Bu da vətəndaşların işini çətinləşdirir. Sözügedən qurumda özbaşınalıq yaşanır. Vətəndaşlar dəfələrlə bildirirlər ki, şöbənin işçiləri vaxtında işə gəlmirlər. Saatlarla vətəndaşlar gözləməli olurlar. Bundan başqa işçilər vətəndaşlarla kobud rəftar edirlər. Vətəndaşları gözlədirlər.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin rəhbəri Zöhrab Əhmədovdur. Bu şəxs rəhbər vəzifəyə gələndən bəri şöbədə problemlər və narazılıqlar azalmaq bilmir.

Şöbədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Şöbə müdiri qanunvericiliyin tələblərinə əməl etmir.

Müdir şöbədə normal iş mühiti yaratmaq əvəzinə, vaxtının böyük hissəsini digər məsələlərə sərf edir. Vətəndaşları süründürməçiliyə məruz qoyaraq onlar üçün əlavə problemlər yaradır.

Hamiləliyə və doğuma, o cümlədən uşağın anadan olmasına görə, birdəfəlik müavinətlərin verilməsində süründürməçilik hallarına yol verilir.

Müdir Zöhrab Əhmədov dəfn pulunun verilməsi zamanı vətəndaşları incidir. Müvafiq qanunvericiliyə görə, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət, yəni dəfn pulu verilməlidir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqlamasında deyilir ki, pensiyanın baza hissəsinin məbləğinin 85 manat olduğunu nəzərə alsaq, bu 255 manat edir: "Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.Dəfn üçün müavinət işçi vəfat etdikdə və ya onun himayəsində olan ailə üzvlərinə verilir. Sığorta olunan şəxs vəfat etdikdə eyni hesablanmalar aparılır. Pensiya yaşına çatmış şəxs həm də sığorta olunubsa o, dünyasını dəyişdikdə çox olan məbləğ əsas götürülür və müavinət kimi ödənilir. Bəzən ehtiyacı olana dəfn pulu verilmir, olmayana isə verilir. Vaxtilə yüksək vəzifədə işləmiş, övladlarının adına bir sıra kommersiya obyektləri olan şəxslərə dəfn pulunun verilməsinin heç bir mənası yoxdur. Amma pensiya yaşına çatmayan və heç yerdə işləməyən şəxs vəfat etdikdə onun ailəsinə müavinət ödənilmir. Bu ayrıseçkiliyin salınmasından başqa bir şey deyil. Əksər hallarda DSMF-nin yerli şöbələrinin məsul əməkdaşları dəfn pulu almaq üçün müraciət edən vətəndaşları süründürməçiliyə məruz qoyaraq get-gələ salırlar.

Bütün bu məlumatlarla bağlı şöbə müdiri Zöhrab Əhmədovu da dinləmək istədik. Təəssüf ki, alınmadı.

Mövzu diqqətimizdədir.

 

 Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024