Sosial / Slayd (27-01-2016, 15:33)
DSMF-nin Şəki rayon şöbəsində nələr baş verir-ÖZƏL
DSMF-nın Şəki rayon şöbəsinin müdiri rayondakı müəsissə və təşkilatların işçilərini yenidən saf çürük edir?
Son illər mətbuatda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şəhər və rayon şöbələrində baş verən özbaşınalıqlar, süründürməçiliklərlə bağlı silsilə yazıların getməsi ondan xəbər verir ki, qurumun şöbələrində vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi şöbə müdirləri arxalarında dayanan himayəçilərinin müdafiəsinə arxalanaraq vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar.
Qeyd edək ki, fondun sabiq sədri Səlim Müslümov bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildi. Onun fondda boş qalan postunu isə keçmiş müavini Elman Mehdiyev tutdu. Elman Mehdiyevin DSMF sədri keçməsinə və qurumda bəzi islahatlar aparmasına baxmayaraq hələki, ciddi problemlər qalmaqdadır. Mediatv.az-ın elektorn ünvanına daxil olan məlumatda qeyd olunur ki, Səid Abdullayev yerli qurumu istədiyi kimi idarə edərək vətəndaşları süründürməyə başlayıb. Belə ki, şöbə müdiri DSMF sədri Elman Mehdiyevə arxalandığını açıq aşkar deyərək heç kəslə hesablaşmır. Mediatv.az-a verilən məlumatda qeyd olunur ki, Səid Abdullayev Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinə rəis təyin olunduğu gündən problemlər və narazılıqlar azalmaq bilmir. Şöbədə mövcud olan neqativ hallar və bir çox işçilərin yerlərinin dəyişdirilməsi Səid Abdullayevə qarşı narazılığı pik nöqtəyə çatdırıb.
Mediatv.az-a verilən məlumatda qeyd olunur ki, Səid Abdullayev təyin olunduğu gündən vətəndaşların pensiya müddətlərini “rüşvət” qarşılığında uzatmaqla bərabər həmdə digər qazanc mənbələri tapıb.Eyni zamanda staj artırma məsələləsi bu şöbədə adi hala çevrilib. Bu mənbələr isə ona ayda xeyli miqdarda gəlir gətirəcək. Bildirilir ki, Səid Abdullayev rayonunda fəaliyyət göstərən müxtəlif şirkətlərin, müəssisə və idarələrin rəhbərləri ilə sövdələşməyə gedərək rəsmi sənədlərdə həmin qurumlarda işləyən fəhlələrin sayını azaltmağa başlayıb. Bu azaltma təşkilat rəhbərlərini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Şöbə müdiri müəsisə rəhbərləri ilə anlaşaraq öz maddi marağını güdməklə dövlətin "cibinə" girir. Bu anlaşma əsasən özəl sektorda xeyli işçisi olan müəsisələrə, şadlıq evlərinə, restoranlara daha sərf edir. Bunu nəzərə alan şöbə müdiri fürsəti əldən buraxmayaraq “fəlaiyyətə” keçib. Mənbə iddia edir ki, Səid Abdullayev bu “əməliyyatı” uğurla başa çatdırır və bundan şöbə müdirinin cibinə külli miqdarada qazanc daxil olur. Mövzunu gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.