Siyasət / Slayd (7-09-2015, 21:17)
Ziya Məmmədova bağlı olan icra başçıları və deputatlar "vurulur" - SİYAHI
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev vəzifəsindən azad olunub. Onun yerinə isə Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov təyin edilib.
Maraqlıdır ki, azad edilən icra başçılarının hamısı - Zakir Fərəcov, Eldar Əzizov, Asif Əsgərov digər şəhər və rayonlara yenidən icra başçıları təyin olunsalar da, eyni şans Nəsib Məhəməliyevə tanınmadı.
Mia.az-a açıqlama verən ekspertlər bunu nəqliyyat naziri Ziya Məmmədova yönəlik planın ciddi addımı olaraq bildirirlər ki, bu yöndə proses artan xətt istiqamətində davam edəcək. Yəni qarşıda Ziya Məmmədova yaxın olan icra başçılarının «vurulması» hallarına yenidən şahidlik edəcəyik.
Mia.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Ziya Məmmədovun "çətir"i altında olan Nəsib Məhəməliyevin "vurulması" onun fəaliyyətindəki nöqsanlardan daha çox, qruplararası savaşdan qaynaqlanıb: «Bəli, Nəsib Məhəməliyevin ətrafında bu cür "təhlükəli oyunlar"ın baş verməsi tək özünün "fəaliyyəti"ndən və yaxud bir neçə gün əvvəl özünün dediyi kimi, deputat olmaq istəyindən aslı deyildi. Bu, birbaşa Ziya Məmmədovun hakim elitada "büdrəməsi" ilə bağlıdır. Sizi əmin edirəm ki, Ziya Məmmədova yaxın olan icra başçıları, o cümlədən doğma rayonunda icra başçısı olan qohumu Mənsur Məmmədova qədər hamısı bu dəqiqə «tikan» üstə oturublar. Eyni halı Zərdabın icra başçısı Lütvəli Babayev, Göyçayın icra başçısı Mübariz Ağayev və digərləri haqda da demək olar.
Bunu bir məqam da təqsdiqləyə bilər. Baxın, Mübariz Ağayev təyinatından dərhal sonra rayonda xəbər yayımışdı ki, bəs avqust ayında prezident İlham Əliyev Göyçaya səfər edəcək. Onun yaratdığı, abadlaşdırdığı sahələrin açılışını edəcək. Hətta bəzən yerli məmurlara və rayonda iş aparan şirkət sahiblərinə «avqustda prezident gələndən sonra rayona 2 milyon pul ayrılacaq. O zaman hamının xərci ödəniləcək” deməkdən də çəkinmədilər. Ancaq Prezidentin rayona səfər etməməsi, üstəlik, bunun hələki gözlənilməməsi isə yerlərdə Mübariz Ağayevin də karyerasının uzun sürməyəcəyi qənaətini gücləndirib. Xüsusiylə onun da Ziya Məmmədovun «çətir» altında olması vəziyyəti mürəkkəbləşdirib».
Mənbə bildirir ki, Ziya Məmmədova yaxın olan icra başçıları ilə yanaşı, deputatlar da gərgin vəziyyət yaşayırlar. Elə qardaşı deputat Elton Məmmədov başda olmaqla, Jalə Əliyevaya qədər çoxunun yenidən deputat olmaq şansı zəifləyib:
«Düzdür, Ziya Məmmədova yaxın olan deputatlardan bir neçəsinin YAP-ın siyahısında adının olması mümkündür. Ancaq hakimiyyətin onlara əvvəlki kimi dəstək verəcəyi qəti mümkün olmayacaq. Mümkündür ki, namizədliyini verəcəyi təqdirdə, yalnız Elton Məmmədova bu dəfə şans tanınacaq. Baxın, hazırda elə vəziyyət yaranıb ki, Ziya Məmmədovun qohumu olan VHP sədri Sabir Rüstəmxanlının da yenidən deputat olmaq şansı təhlükəyə düşüb. Partiya sədri də bunu bildiyindən həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizədliyinin üzərində dayanmaq məcburiyyətində qalıb. Böyük ehtimalla bu dəfə Sabir bəy geri çəkiləcək, onu VHP-nin əsas namizədi kimi həyat yoldaşı əvəzləyəcək».
Sonda mənbə deyir ki, Ziya Məmmədovdan ümidləri üzülən bəzi icra başçıları və deputatlar yeni hami axtarışındadırlar: «Çünki bu adamlar görür ki, Ziya Məmmədovun ətrafındakı «həlqə» sürətlə daralır. İş o yerə çatıb ki, dolayısı ilə Cavid Qurbanova bağlı olan saytlar belə Ziya Məmmədov və onun kadrlarını vururlar. Bununla yanaşı, onun oğlu Anar Məmmədovun ABŞ-ın prezidentliyinə yeni namizədlə sıcaq əlaqələrinin xüsusi qabardılması da, gərgin anları şiddətləndirir. Bu və ya digər məqamlar isə məmur və deputatların yeni hami axtarışının sürətləndirib».
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024