Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-01-2016, 12:28)
Abdolbari Gözəl Azərbaycandan niyə getmək istəyir? - İDDİA

Vətəninfo.az xəbər verir ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması bir çox ölkələrin iqtisadiyyatlarında müəyyən çətinliklər yaratmaqla bərabət bu ölkələrin iqtisadiyyatına da müəyyən mənfi təsirlər göstərib.


Belə olduqda isə, həmin ölkələrin bəzi işbazları yaranan situasiyadan öz mənfəətləri üçün istifadə edərək, sahib olduqları bir sıra iqtisadi sferada qiymət artımına gedərək, üzləşdikləri çətinlikləri əhalinin cibindən çıxarmağa çalışırlar.

Azərbaycanda da belə iş adamlarının başında Abdolbari Gözəlin sahib olduğu AzersunHolding MMC gəlir ki, artıq şirkət istehsal etdiyi məhsulların 80-90 faizində qiymətləri 30 faizə qədər yüksəldib.

Bir sıra millət vəkilləri, iqtisadi ekspertlər Azərbaycan bazarında əsas monopolist yeyinti məhsullarının istehsalçısı kimi AzersunHolding MMC-nin olduğunu və bu şirkətin ölkə daxilində istehsal etdiyi məhsulların qiymətini 30 faiz qaldırmasını məqsədəuyğun hesab etmir.

Abdolbari Gözəl bezib

AzersunHolding MMC ilə bağlı əldə etdiyimiz məlumata görə, şirkətin sahibi Abdolbari Gözəl, ümumiyyətlə, dünyada baş verən iqtisadi və maliyyə problemləri səbəbindən Azərbaycanı tərk etmək niyyətindədir. Əldə etdiyimiz məlumata görə, Abdolbari Gözəl hələ bir neçə il əvvəl də Azərbaycandan getmək istəyib. Amma kimlər və hansı qüvvələrsə onun bu niyyətinə qarşı çıxıb və beləliklə, Gözəlin ölkəmizdən getməsinə imkan verilməyib. Abdolbari Gözəl hətta xarici ölkələrin birində böyrəyindən əməliyyat olunduqdan sonra, Azərbaycana dönüb və əməliyyatını bəhanə gətirərək ölkəsinə qayıtmaq istədiyni bildirib. Amma yenə mane olublar. İddialara görə, Gözəl şirkəti oğlunun idarə etməsini, özünün isə getməsini məsləhət görüb. Ancaq oğlu buna qarşı çıxıb və ümumiyyətlə, atasının Azərbaycandakı biznesi ilə maraqlanmaq istəmədiyini bildirib.

AzersunHolding sahibinin belə bir yol seçməsinin arxasında dayanan amil bazarda dəfələrlə qiymətləri qaldırmasına cəhdi ilə bağlıdır. Yəni AzersunHolding MMC sahibi hər dəfə qiymətləri artırmağa çalışsa da, buna imkan verilmir. O üzdən də, necə deyərlər, istədiyi kimi qaz vurub-qazan doldura bilmir və belə olan tərzdə müxtəlif bəhanələrlə ölkəni tərk etmək istəyir.

Məlumata görə, Abdolbari Gözəlin son bir neçə ildə öz ölkəsində müxtəlif sahələrə yatırımlar qoymasının arxasında da məhz Azərbaycandan getmək niyyəti dayanır. Yəni Gözəl yavaş-yavaş kapitalını ölkəsinə yönəltməklə Azərbaycandakı biznesini azaltmaq yolunu seçir. O da deyilir ki, yaxın zamanlarda AzersunHolding MMC-nin tərkibindəki bəzi şirkətlər satışa çıxarılsa, təəccüblənməyin. Çünki Abdolbari Gözəl Azərbaycanda işləməkdən bezib və bu səbəbdən də şirkətləri kiçitməklə aradan çıxmaq istəyir.
 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024