Dünya (15-08-2014, 15:10)
Ermənistan yezidləri: “Qarabağ urğunda canımızdan keçmişik...”
Neçə gündür ki, Ermənistanda yaşayan yezidi kürdlər İrəvanda hökumət binaları qarşısında aksiyalar keçirərək İraqda “İraq və Şam İslam Dövləti” (İŞİD, indi “İslam Dövləti” adlanır) yaraqlıları tərəfindən kütləvi qətl edilən və Sincar dağlarında mühasirədə qalan soydaşlarına dəstək tələb edirlər
"Mediatv.az" saytının erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ermənistan yezidləri tələb edirlər ki, hökumət Sincar dağlarında mühasirədə qalan yezidlərə kömək etsin, həmçinin İŞİD tərəfindən yezidlərə qarşı törədilən qırğınlarla bağlı məsələni beynəlxalq təşkilatlarda qaldırsın.
Ciddi beynəlxalq nüfuza malik olmayan Ermənistan dövlətinin yezidlərin məsələsini beynəlxalq təşkilatlarda qaldırıb nəsə əldə edəcəyini gözləmək əlbəttə ki, sadəlövhlükdür. Həmçinin Ermənistanın iqtisadi vəziyyəti hansısa beynəlxalq humanitar yardımların göstərilməsi üçün heç də geniş imkanlar açmır.
Ermənistan hökuməti yezidi kürdlərə humanitar yardım üçün cəmi 50 min dollar ayıra biləcəyini açıqlayıb.
İrəvanda isə yezidlər hökumət binası qarşısına toplaşaraq baş nazir Ovik Abramyanla görüş tələb ediblər.
Virtualaz.org xəbər verir ki, aksiya iştirakçıları Ermənistan hökumətinin məsələni BMT Baş Asambleyasında qaldırmasını istəyiblər. Ermənistan yezidləri deyirlər ki, onların hökumətdən dəstək tələb etməyə haqları var. Çünki vaxtilə Qarabağda “ermənilərlə bir sırada döyüşüblər və canlarından keçiblər”.
Ermənistan yezidləri təşkilatının rəhbəri Amo Şaroyan baş nazir Ovik Abramyanın onların qarşısına çıxmamasından qəzəbləndiklərini deyib: “Minlərlə adam yığışıb, o niyə çıxmır? Ermənilərin soyqırımı günü minlərlə yezid çıxır. Bəs indi o, niyə çıxıb bu məsələni həll etmir? Biz Qarabağ uğrunda döyüşmüşük, canımızdan keçmişik. Bu torpaqlarda yaşamışıq və hesab etmişik ki, Qarabağ uğrunda döyüşmək bizim vəzifəmizdir. Ancaq qoy baş nazir də yezidlərin qarşısına çıxsın, məsələni həll etsin”.
Hökumət binasından sonra yezidlər Fransa səfirliyinin qarşısına gedərək tələblərini səfirliyin nümayəndəsinə çatdırıblar. Lakin Rusiya səfirliyindən onlara heç kim məhəl qoymayıb.
Xatırladaq ki, avqustun 2-də İŞİD İraqın yezidi kürdlər yaşayan Şanqal əyalətini ələ keçirərək xeyli kürdü qırıb. İŞİD-in indiyədək azı 5 min yezidi kürdü öldürdüyü bildirilir. Xilas olmağa çalışan on minlərlə yezid Sincar dağlarına qaçıb, onların bir hissəsi yollarda aclıqdan və susuzluqdan ölüb. Sağ qalanların bir qismi Ərbilə çatıb. Hazırda Sincar dağlarında bir neçə min yezidin mühasirədə qaldığı bildirilir. ABŞ və Böyük Britaniyanın hava qüvvələri onları aclıqdan xilas etmək üçün Sincar dağlarına yemək də su atıb.
Azərbaycandan da yezidlərin köməyinə tələsən var. Xəbər verildiyi kimi, “Azərsun” holdinqinin prezidenti Abdolbari Gozal Britaniyanın “Olympic Automatic” şirkətinin icraçı direktoru Harri Normana zəng edərək bu şirkətin istehsalı olan və bir saatda 4 min adama isti yemək hazırlaya bilən avadanlıq sifariş verib. Avadanlıq İraqın şimalında gələn həftə işə düşəcək.
Britaniya mediasının yazdığına görə, Harri Norman bildirib: “Abdolbari Gozal Sincar dağlarında mühasirədə qalan qaçqınların acınacaqlı vəziyyətindən o dərəcədə sarsılmışdı ki, avadanlığın bütün xərclərini üzərinə götürdü”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024