Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (11-04-2014, 21:48)
“Azərenerji”də yoxlamalar başladı

 

"Sumqayıt Texnologiyalar Parkı" "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevdən alınır.

Artıq Hesablama Palatası bu gündən zavodda yoxlamalara start verib.

Yoxlamalara səbəb zavodda baş verən böhran və 2014-cü ildən STP-də işçilərin əmək haqlarının gecikməsi olub. Bildirilir ki, az miqdarda maaş almalarına baxmayaraq, işçilərin maaaşlarının gecikməsi artıq ciddi qalmaqal yaradıb.

Məlumatı verən mənbənin sözlərinə görə, işçilərin maaşları Etibar Pirverdiyev tərəfindən şəxsi bankı olduğu iddia edilən "Azəriqazbank"da dövriyyəyə buraxılıb.

Məlumatda iddia olunur ki, Etibar Pirverdiyevin yerinə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev gətiriləcək. Artıq bununla razılıq da əldə olunub. Həmçinin STP-də çoxlu yeyinti faktlarının üzə çıxdığı, bununla bağlı maxinasiyaların iştirakçısı olan şəxslərin vəzifələrindən çıxarıldığı iddia olunur.

Məlumatda o da bildirilir ki, zavodun direktoru Etibar Piriverdiyevin yaxın qohumlarından biri - xalası oğludur. Hazırda isə STP-də Hesablama Palatası tərəfindən audit yoxlamaları davam edir. Auditlər zavodun bütün maliyyə sistemini, gəlir-çıxarlarını araşdırdıqdan sonra yuxarı dairələrə məlumat veriblər.

Qeyd edək ki, Vergilər Nazirliyi 2012-ci ilin mayında “Sumqayıt texnologiyalar parkı” (STP) MMC-ni qeydiyyata alıb. Onu “Azenco Group” MMC təsis edib.

Rəsmi məlumatlarda bildirilir ki, MMC-nin nizamnamə kapitalı 1000 manatdır. Texnopark rəsmən 2000-ci illərin ortalarından “AzerEnerji“ ASC-nin struktur şöbəsi kimi fəaliyyət göstərib. Onu heç də şəffaf şəkildə özəlləşdirməyiblər.

STP-nin “Azenco”dan ayrılması qərarı səhmdarların ümumi yığıncağında qəbul edilib. STP ən sürətlə inkişaf edən biznes strukturlardandır. STP-yə 17 elektroenergetika, maşınqayırma və s. zavodları daxildir.

Qeyd edək ki, STP-yə ölkə başçısı İlham Əliyev bir neçə dəfə baş çəkib. Ancaq onu STP və ya Azenco rəhbərləri yox, “AzərEnerji” prezidenti Etibar Pirverdiyev müşayiət edib. Bu da zavodun Etibar Pirverdiyevin nəzarətində olduğunu təsdiq edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024