Sosial (8-01-2016, 23:43)
"Sınıq körpü"də qalmaqal - Gömrükdə iş 1 saat dayandı (Video)
Yanvarın 7-də saat 14 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun İdxal gömrük nəzarətixətti ilə Gürcüstan Respublikasından gələn 35 BG 315, 35 BF 254, 05 BG 455, 35 BX 020, 35 BH 350, və 35 BD 666 dövlət nömrə nişanlı minik nəqliyyat vasitələrinin sürücüləri gömrükçülərin avtomobillərə gömrük baxışı keçirilməsinə mane olub.
Mediatv.az xəbər verir ki,bu haqda Dövlət Gömrük Komitəsinin saytında məlumat yayılıb.
Məlumata görə, ilkin baxış zamanı isə gömrükçülər minik nəqliyyat vasitələrinin hər birinin yük yeri və salonunda qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq, kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar - 200 kiloqrama qədər meyvə olduğunu müəyyən edib. İstehlak miqdarından artıq olan mallara görə sənədlər və gömrük rüsumu ödənilməsi tələb olunduqda isə nəqliyyat vasitələrinin sürücüləri buna etiraz edərək yükə aid sənədləri təqdim etməkdən və rüsumu ödəməktən imtina ediblər.
Gömrükçülərin qanuni tələblərinə məhəl qoymayan həmin nəqliyyat vasitələrinin sürücüləri daha sonra gömrük əməkdaşlarını idxal gömrük nəzarəti xəttini bağlamaqla hədələyiblər. Dəfələrlə tələb edilməsinə baxmayaraq avtomobilləri idxal gömrük nəzarətixəttindən götürməyən sürücülər gömrük əməkdaşlarına qarşı fiziki təzyiq göstərərək nalayiq ifadələr işlədiblər. Vəziyyəti nəzərə alan Tovuz Gömrük İdarəsinin rəhbərliyi hüquq mühafizə orqanlarına müraciət edib və əraziyə gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirdikdən sonra gömrük postunun fəaliyyəti 1 saatlıq fasilədən sonra bərpa olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025