Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (6-01-2016, 12:49)
Əhməd Vəliyevin bankına böyük təhlükə

Əhməd Vəliyevin bankına böyük təhlükə
“Odlar Yurdu” Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevə məxsus olan bank heç də yaxşı günlərini yaşamır.

 

Mediatv.az xəbər verir ki, Söhbət “Muğanbank”dan gedir.
Belə ki, "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "Muğanbank"ın kredit reytinqini "B-/C" səviyyəsində saxlayıb, reytinq üzrə proqnozu isə "stabil"dən "neqativ"ə azaldıb. Agentlik bu dəyişikliyi sözügedən Azərbaycan bankının kredit portfelindəki artan risklərlə əsaslandırıb.
Qurumun Moskva ofisindən verilən açıqlamada Azərbaycan iqtisadiyyatında müşahidə olunan yavaşlamanın "Muğanbank"ın aktivlərinin keyfiyyətinin pisləşməsinə və gəlirlərinin azalmasına təsir edəcəyi qeyd olunub. Azərbaycanda kredit riskləri və Bankın kapital buferinə təzyiqlərin artması ilə əməliyyat mühitinin pozulması şəraitində səhmdarların maliyyə köməyi qaçılmazdır.
Azərbaycanda qeyri-neft iqtisadiyyatının kredit ödəmə qabiliyyətinin zəif olduğunu bildirən Agentlik, bu vəziyyətin bank sisteminin aktivlərinə neqativ təsirinin davam edəcəyini vurğulayıb. Gürcüstan və Macarıstan kimi ölkələrdəki banklarla müqayisədə Azərbaycanda son 5 ildə manatın məzənnəsinin sabit olması valyuta kreditləşməsində riskləri məhdudlaşdırıb. Lakin 2015-ci ildə manatın təxminən 2 dəfə ucuzlaşması nəticəsində bankların xarici valyutada olan borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkəcəyi bildirilir.
Agenlik "Muğanbank"ın aktivlərinin keyfiyyətinin ümumi bank sektorunun orta səviyyəsində olduğunu bildirib. Ötən ilin oktyabrın 1-nə 90 gündən artıq problemli kreditlərin məcmu kredit portfelində payı 8% olub, bunun yaxın 12-18 ayda 12-15%-ə yüksələcəyi gözlənilir. Səbəb kimi isə subyektlərin real gəlirlərinin azalması və valyuta riskinin kredit riskinə transformasiyası göstərilir. 
Qeyd olunur ki, "Muğanbank"ın kredit portfelinin 20%-i xarici valyutadadır. "Standard & Poor's" bildirir ki, Bankın səhmdarları 2016-cı ilin əvvəlində dəstək kimi bankın kapitalına 5-10 mln. manat həcmində vəsait əlavə edəcəklərini açıqlayıblar, bu da Bankın kapital buferinə olan təzyiqlərin bir qədər azalmasına səbəb olacaq.
Beləliklə, Əhməd Vəliyevin bankı kifayət qədər təhlükəli risklərlə qarşı-qarşıyadır. Qarşıdakı dövrün “Muğanbank” üçün kifayət qədər çətin keçəcəyi şübhə doğurmur.
Xatırladaq ki, Ə. Vəliyev “Muğanbank”ın ona məxsusluğunu heç vaxt qəti şəkildə təkzib etməyib. Əslində, belə bir təkzibə ehtiyac da yoxdur. Məsələ burasındadır ki, “Muğanbank”ın rəsmi saytında yazılanlardan aydın görünür ki, səhmdarların bankın nizamnamə kapitalında payı aşağıdakı kimidir: r - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.)
Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, qəti şəkildə aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevə və onun ailə üzvlərinə məxsusdur. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024