Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (28-12-2015, 10:17)
Şəmsəddin Hacıyevlə bağlı sensasiya hesab olunacaq iddia...

Şəmsəddin Hacıyevlə bağlı sensasiya hesab olunacaq iddia...

 

Haqqın az. saytı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin “Büdcədən 1 milyon dollar oğurluq edib ” (haqqin.az/news/57034). başlıqlı yazı ilə çıxış edib. 
Mövzunun diqqətçəkən olmasını nəzərə alanModerator.az saytı həmin məqaləni tərcümə edərək oxucularının ixtiyarına verib:
İndi isə aydın olur ki, bu "qəhrəman" üçün öz doğma ölkəsi az imiş, o, öz əməllərini ölkədən kənarda da davam etdiribmiş.
Bakı İqtisad Məhkəməsi qət edib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası  küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirmiş və 1 milyon rus rublu qiymətinə dəyərləndirmişdir. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satmışdır. Ancaq torpaq sahəsinin hamısını yox bir hissəsini. 
Şəmsədin Hacıyev sonra dərbəndli fırıldaqçısına kürəkəni hal-hazırda Yeni Azərbaycan Partiyası gənclər təşkilatının sədri Seymur Orucovu da qoşmuşdur. Bundan sonra hər şey sadə sxem üzrə qurulmuşdur: 2009-cu ilin sonunda Dağıstan Respublikası üzrə Federal qeydiyyat idarəsi xidməti Hacıyevlə Orucov arasında alqı - satqı haqqında yeni müqavlə imzalmışdır. Bundan sonra belə desək Seymur Orucovun özü əvvəlki torpaq sahəsinin parçasını yenidən İqtisad Universitetinə satmışır. 
Fikirləşirsiniz ki, məsələ bununla bitir? Təəssüf ki, yox. Qaçaraqda Ş. Hacıyev artıq özü sahibləndiyi həmin hektardan bir hissəni saxlayaraq sonadək talan etdiyi ADİU-nun həmin torpaq hissəsində  inşa edilmiş hansısa inzibati tikilini üç dəfə satışa yönəldərək  guya professor müəllim heyətinin öz rəhbərindən satın alırmış kimi daha bir saxta sövdələşmə imzalamaqla, ilkin qiyməti on dəfədən artıq şişirtməyə nail olmuşdur.  
Torpaqla əlaqədar möhtəkirliyə və ali təhsil müəssisəsinin filialının təşkil olunması ilə bağlı məsələyə ilk olaraq Rusiya hüquq-mühafizə orqanları diqqət çəkir və Dağıstan prokurorluğu Bakı filialının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı cinayət işi açır. Halbuki Ş. Hacıyev Bakıda hamını, o cümlədən o zamankı Təhsil naziri Misir Mərdanovu inandırmağa çalışırdı ki, guya o filialın açılması üçün Rusiya Təhsil nazirliyindən lisenziya alıb. Lakin sonradan məlum olur ki, onda heç bir lisenziya olmayıb. Əksinə məqsəd oradan və buradan daha çox pul qoparmaq olub. Başqa sözlə bu qeyri-qanuni bir fəaliyyət olub. Yeri gəlmişkən filiala həqiqi lisenziya almağa on ildən çox bir müddət keçdikdən sonra ADİU-nun indiki rəhbərliyi nail olub.
Dağıstan prokurorluğunun Ş. Hacıyevin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi təhqiqatlarına baxmayaraq o, hansısa yolla işi ört-basdır etməyə nail oldu. Lakin dələduzu bu sənətə və havayı pullara olan sevgisindən dayandırmaq olardımı? Ş. Hacıyev yeni bir avantürist işlərə baş vurur. Bu zaman, o, öz universiteti qismində artıq dövləti deyil, bilavasitə öz həmkarlarını aldadır.
Rektor öz əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaratmaq şərtilə Mir Cəlal küçəsində, daha doğrusu şəhərin mərkəzində ev tikdirməyi vəd edir. Beləliklə, təsisçisi Hacıpaşa Muradov olan “İqtisadçı-H” kooperativi yaradılmış olur. Ancaq, bir müddətdən sonra rektor mənzilləri üçün artıq pulun böyük hisəsini ödəyən universitetin əməkdaşlarına mənzillərin verilməməsi lakin kənara satılması məqsədilə 2005-ci ilin may ayında Bakı şəhər İH başçısı H. Abutalıbova məktub ünvanlayaraq, mənzillərin satışının icazəsini “İqtisadçı-H” – dan alınaraq öz qohumlarını təyin etdiyi yeni yaradılan “İqtisadçı-2005” kooperativinə verilməsini xahiş edir.
5 ildən sonra, artıq binanın tikintisi  başa çatsa da Ş.Hacıyev necə deyərlər öz dosent- professorlarına “ ataraq“ vicdansızcasına mənzilləri müxtəlif lazımlı dost və qohumlarına satır. Belə ki, iqtisadçı alimlər üçün nəzərdə tutulmuş mənzillərə deputat Eldar Quliyevin qohumu Yelena İsmaylova, keçmiş deputat İbrahim İsayevin arvadı Faciə Zeynalova, rektorun qızı və kürəkəni köçürlər.
Bütün bu əməliyyatlardan uğurla çıxaraq, külli miqdarda vəsait əldə edən Ş. Haciyev iştahasının qarsısında dura bilməyərək, dərhal yeni işdən yapışır. O, Quba rayonunun füsünkar Nüqədi-2 kəndində guya ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətdən yer ayırmağa nail olur. Mərkəzin tikintisi üçün 4 mln 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra, hasısa fantastik rəqəmə, 7 mln 200 minə çatdırılır. Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi hələ də müstəntiqlər tərəfindən araşdırılır.
Demək lazimdır ki, savadlı mütəxəssis hesab olunan universitet rektoru öz iqtisadçı təfəkküründən istifadə edərək dövlət büdcəsinə və tabeçiliyində olanların ciblərinə bax beləcə əl qoyub... 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024