Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-09-2015, 10:32)
Nəsib Məhəməliyevin Balakən təxribatları

 

bitmap-img6

Bir neçə gün bundan öncə dövlət başçısının məlum sərəncamı ilə Bakı şəhərində bir neçə rayonun icra başçılarının yeri dəyişdirildi

Mediatv.az xəbər verir ki, son günlər sabiq başçı kiv-ə məlumat sızdırır ki, güya onun özü vəzifəsindən azad olunması üçün bir neçə dəfə şəxsən dövlət başçısına müraciət edib. Balakən rayonundan sabiq başçı Nəsib Məhəməliyevə yaxın olan mənbə qeyd edir ki, bütün bu deyilənlər yalandır. Uzun illər hansı ki, Nəsib Məhəməliyev Nəsimi rayonunda icra başçısı vəzifəsində çalışırdı. Bu dövrlərdə rayon üçün ayrılmış dövlət vəsaitləri sabiq başçı tərəfindən mənimsənilib. Dövlət başçısına bütün bu olanlar barəsində məlumat verilib, eyni zamanda Nəsib Məhəməliyevin Bakı şəhəri ərazisindəki dəyəri milyardlarla ölçülən obyektlərinin ünvanı ilə birlikdə siyahısı prezidentə təqdim olunub. Buna görə də məlum sərəncamda dövlət başçısı sabiq başçıya etimad göstərməyərək onu vəzifəsindən azad edib.

 Mənbəmiz qeyd edir ki, Nəsib Məhəməliyevin Balakən rayonundan deputat olmaq istəyi onun arxa-dayağı sayılan nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə həyata keçirilməlidir. Burada bir neçə məqsəd güdülür. Əvvəla Nəsib Məhəməliyevin nazir Ziya Məmmədovla bir neçə müştərək obyekti var. Digər tərəfdən sabiq başçı bu vaxtadək əldə etdiyi mal-mülkün əlindən çıxmasını göz önünə alaraq onların qorunmasını məhz deputat olmaq ilə təmin etmək istəyir.
Rayonda ictimaiyyət və əhalinin fikri 
Nəsib Məhəməliyevin Balakən rayonunda demək olar ki, heç bir nüfuz və dəstəyi yoxdur. Hazırda sabiq başçının ətrafında rayonda imkanlı, nüfuzlu şəxslərdən demək olar ki, heç biri yoxdur. Rayon ziyalılarından bir neçəsi cumhuriyyet.az-a danışaraq bildirib ki, müəyyən adamlar var ki, olduqca kasıb vəziyyətdə yaşayırlar. Həmin adamlar Nəsib Məhəməliyevdən pul qopartmaq naminə onun ətrafına toplaşıb və seçkidə ona dəstək olacaqları vədini veriblər. Ancaq bu baş tutan deyil. Əvvəla ona görə ki, Nəsib Məhəməliyev uzun müddət Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu adam bir nəfər kasıb, imkansız adama əl tutmayıb. Bu şəxsin işi-peşəsi pul, mal-mülk toplamaq olub. Bir sözlə desək, ev tikən yox, ev yıxan olub. Vaxtı ilə onun qəbuluna gələnləri icra hakimiyyətində polislərə, ətrafında olan şillə vuranlara döydürürdü. İnsanlara yuxarıdan aşağı baxırdı. Nəsib Məhəməliyevin dövründə rüşvət, məmur qudurğanlığı heç vaxt olmadığı qədər yüksəklərə qaldırıldı. Həmin dövrlər niyə fikirləşmədi ki, bu günün sabahı da var? Axı bu illər ərzində Balakənə, Balakənlilərə Nəsib Məhəməliyev nə verdi ki, indi də gəlib onlardan deputat olmaq üçün səs istəyir? Əgər Nəsib Məhəməliyev balakənlilərin başına açdığı oyunları unudubsa, bizlər bunu unutmamışıq. Rayon səhiyyəsini, təhsilini məhv etdi. Rüşvət hesabına nə qədər ki, savadsız, danqabaş adamlar var idi, hamısını yığıb vəzifələrə doldurdu. Onun səpdiyi toxumlar Balakəni hələ də ağrıdır. Hesab edirik ki, həm sadə Balakənlilər, həm də rayon ziyalıları Nəsib Məhəməliyevi yaxşı xarakterizə etmir və onun Balakən rayonundan millət vəkili seçilməyinə də səs verməyəcəyik. Əgər o rüsvay olmaq istəmirsə bu inadından əl çəkməlidir. Nə istəyir? Uzun illər həm Balakəni, həm də Nəsimi rayonunu çapıb talayıb. Yığdıqları indən belə yeddi nəslinə də yetər. Ümumiyyətlə, Nəsib Məhəməliyevin Balakən və balakənlilərin adından danışmağa heç bir haqqı çatmır. Biz dövlət başçısı cənab İlham Əliyevə müraciət etmişik ki, əgər Nəsib Məhəməliyev yenidən Balakənə bu dəfə deputat qismində urcah ediləcəksə bzilər bütünlüklə bu seçkini boykot edəcəyik.
Rayon icra hakimiyyətindəki mənbə
 
Balakən rayon icra hakimiyyətindəki mənbə cumhuriyyet.az-a bildirib ki, Nəsib Məhəməliyevin bu ərazidən deputat olmasını nə əhali, nə də ki, rayon rəhbərliyi istəmir. Şəxsən bu məsələdə Nəsib Məhəməliyevə mane olmaq üçün icra başçısı İslam Rzayev həm dsk, həm də ayrı-ayrı məmurlara gizli göstəriş də verib. Ancaq onu da qeyd edim ki, rayon icra hakimiyyətində başçının sağında, solunda gəzənlər artıq Nəsib Məhəməliyevlə gizli danışıqlara gediblər. Bunların rayon haqqında gələcək planları da var. Belə ki, Nəsib Məhəməliyev deputat olacağı təqdirdə məlumdur ki, öz adamını başçı etmək üçün İslam Rzayevin vurulması əməliyyatına start veriləcək. Bu planda İslam Rzayevin başçı gəldikdən sonra tutduğu vəzifəsindən azad etdikləri şəxslər də yer alıblar. Bir sözlə, belə getsə rayonda böyük qarşıdurmalar ola bilər. Çünki Nəsib Məhəməliyevin emissarları açıqca təxribata gedirlər. Onlar yaxın günlərdə Qabaqçöl ərazisində də bu təbliğatlara başlamaq niyyətini güdürlər. Balakən çox millətli, eyni zamanda Rusiya, Gürcüstan ilə sərhəd rayondur. Burada azacıq səhv dövlətimiz üçün baş ağrısına çevrilə bilər. Ancaq bunlar nə edirlər, nə fikirləşirlər, hansı ağıla qulluq edirlər, baş çıxarmaq olmur. Açığı mən şəxsən istəyirəm ki, bu oyunlardan uzaq olmaq üçün ərizəmi yazıb işdən gedim.
Radaksiyadan:Balakəndən deputat olmaq istəyən Nəsib Məhəməliyev və icra başçısı İslam Rzayevin bir-birilərinə qarşı apardıqları gizli mübarizənin detallarını araşdırırıq. Bu mübarizədə hansı məmurlar yer alıb, kimlərə hansı missiyalar tapşırılıb araşdırmamızı sona yetirən kimi dəyərli oxucularımızın diqqətinə təqdim edəcəyik.
Balakəndən Nəsib Məhəməliyevə görə daha sərt mesaj
 
Bir neçə gün bundan öncə Balakən rayonundan ictimaiyyət nümayəndələri cumhuriyyət.az.a müraciət ünvanlamışdılar.Həmin müraciətdə noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərində Nəsib Məhəməliyevin Balakən rayonundan namizəd olmaq istəyinə qarşı sərt mesajlar öz əksini tapmışdı.Nəsib Məhəməliyev bir neçə gün bundan öncə dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad olunub və etimadı doğrultmadığına görə ona yeni təyinat verilməyib.Sabiq başçı hazırda deputat olmaq sevdasına düşüb.Belə ki,o bir neçə gün bundan öncə kiv-ə açıqlamasında Balakən rayonundan deputat olmaq üçün seçkilərə qatılacağını bildirmişdir.Ancaq görünən budur ki,Balakən və balakənlilər bu məsələyə sərt etiraz edirlər.Bununla bağlı Balakən ictimaiyyətinin 17 nəfərdən ibarət bir qrup ziyalısı yenidən cumhuriyyət.az.ın elektron poçtuna daha sərt bəyanat xarakterli növbəti mesajını göndərib.Həmin müraciəti dəyərli oxucularımıza təqdim edirik.
Bizlər 17 nəfər ziyalı bu müraciəti imzalarımızla təsdiq edərək sizə yenidən dərc olunması üçün göndəririk.Balakən ictimaiyyəti və ziyalıları adından.Bu günlərdə Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən vurulan Nəsib Məhəməliyev kiv-ə verdiyi müsahibəsində vurulmadığını,işdən azad olunduğunun onun üçün surpriz olmadığını qeyd etmişdir.Nəsib Məhəməliyev bu məsələnin bir müddət öncə cənab prezidentlə razılaşdırıldığını qeyd edir və faktiki gözə kül üfürməklə məşğul olur.Balakən ictimaiyyəti olaraq birmənalı şəkildə bildiririk ki,bütün bu açıqlamalar,Nəsib Məhəməliyevin növbəti uydurmalarıdır.O,bununla rayon ictimaiyyətini çaşdıraraq olmayan nüfuzunu və uzun illər haram,oğurluq,talan yoluyla yığdığı pulunu və mal-mülkünü qorumaq istəyir.Nəsib Məhəməliyev yaxşı bilir ki,onun əyri yollarla əldə etdiklərini qorumaq heç də asan olmayacaq.Digər tərəfdən Nəsib Məhəməliyev Balakəndən namizədliyini yap-tərəfdən irəli sürəcəyini qeyd edir.Yap-ın siyahısı hələ açıqlanmayıb.Onun qabaqcadan belə bir bəyanat verməsi siyasi riyakarlıqdır,eyni zamanda seçkilərin legitimliyinə kölgə salır.Onda belə çıxır ki,seçkilərə kimlərin gedəcəyini bir mərkəz idarə edir.Bu onu göstərir ki,Nəsib Məhəməliyev bataqlıqda çırpınır və çırpındıqca da bataqlığın daha dərinliklərinə gedir.Biz rayon ictimaiyyəti rayonumuzdan deputat olmaq arzusunda olan Nəsib Məhəməliyevə deyirik.Rusiyanın Saransk şəhərində gül satışı ilə məşğul olduğu zamanlar Rus milliyətindən olan qadınla baş tutan izdivacdan dünyaya gəlmiş qızına indiyədək bircə dəfə də olsa baş çəkib,maddi yardım göstəribmi?Onda Nəsib Məhəməliyev Balakən uşaqlarına necə vəkillik edəcək?Doğma balasını axtarmayan bir şəxsin mənəvi haqqı varmı ki,vəkillik eşqinə düşsün?Sizcə bu mənəviyyatsızlıq deyilmi?Vaxtı ilə rekerdliklə məşğul olan qardaşı Yuskanın rayon icra hakimiyyəti binasını tapanca ilə güllə-boran etməsi və sonra başqa üsüllarla istintaqdan yayılmasını unutduğumuzumu sanırsan?
Balakən dəmir yol stansiyasının rəisi işləyərkən teplovozların çənlərindən,vaqonlarından oğurladığın yanacağın Gürcüstan vasitəsi ilə ermənilərə satmağını unutduğumuzumu sanırsan?Azərbaycanın düşmənləri olan ermənilərə sevgi görən Nəsib Məhəməliyevdə hardandır? Balakən rayon icra hakimiyyətinin başçısı işləyərkən rayonda nəsil,tayfa və millətləri bir-biri ilə salışdırdığını unutduğumuzumu sanırsan?Məlum bələdiyyə seçkiləri zamanı tayfaları bir-biri ilə düşmən etdiyini və bunun nəticəsində 6 kənddə seçkilərin nəticələrinin ləğv olundunu unutduğumuzumu sanırsan?Hənifə kəndinin örüş yerində başqanın üz qarası Ziya Məmmədova 3 milyona tikdirdiyin kərpiç zavodunun səsindən,torpaq daşıyan ağır tonnajlı yük maşınlarının tozundan zinhara gəlmiş balakənlilərdən qisas alacağınımı sanırsan?Bakıda hər biri 10 milyonlarla qiymətə malik saysız-hesabsız obyektlərinin olmasına baxmayaraq,Balakəndəki evinin küçə tərəfindəki ərazisini təmir etməyə səxavətin belə çatmır.Bəs cavab ver Balakənə və balakənlilərə necə vəkillik edəcəksən?Sən necə də avanturist,qeyri-ciddi adamsan.Sənin Balakənə hansı bir köməyin dəyib ki yenidən özündən böyük iddialarda eşələnirsən?Yəni özünü bu qədərmi alicənab sanırsan?Nəsib Məhəməliyev,unutma millət vəkili postu qəlbi millətlə birgə döyününlər üçün nəzərdə tutulub.Sən isə həyatda puldan müqəddəs heç nə tanımırsan.Məhəməliyev,sənin Balakənə vurduğun yaralar hələ yenicə qaysaqlanıb.Sən bu rayondan gedəndən bəri insanlar bir-biri ilə səmimi salamlaşır.Aranı qatmaq fikri yenidənmi şüuruna hakim kəsilib?Bütün bu və digər yüzlərlə suallara balakənlilərin qarşısında cavab verməyə hünərin çatacaqsa onda buyur,ver namizədliyini.Bu məqamı biz balakənlilər çoxdandır ki,gözləyirik.Buyur çıx meydana.Nəsib, hələ görəsi və tarixlər boyu danışılacaq günlərin qabaqdadır.
Nəsib,sən də özünü deputatmı sanırsan?
Axmaq kişi,deputatlığı asanmı sanırsan?
pia.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024