Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (12-01-2015, 19:53)
İcra başçısı Siyavuş Novruzovun qardaşının yolunu kəsdi - iki rayonda seçki biabırçılığı

İcra başçısı Siyavuş Novruzovun qardaşının yolunu kəsdi - iki rayonda seçki biabırçılığı

 

Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri hələ də ciddi müzakirə mözusudur. 
Mediatv.az "Reytinq" qəzetinin son sayında dərc olunan yazıya istinadən xəbər verir ki, ötən seçkilərdən fərqli olaraq, bu dəfə əksər rayonların rəhbərləri prosesi tam şəkildə öz nəzarətlərində saxlaya biliblər. Yəni, "kiçik padşah"lar üçün "yad adamlar"a şans verilməyib. Rayon rəhbərlərinin bu qədər canfəşanlığı isə qarşıdakı illərdə bələdiyyələrin statusları ilə bağlı yeni qanunların qüvvəyə minəcəyindən irəli gəlir. 
Məlumatlı şəxs deyib ki, bu ildən başlayaraq, bələdiyyələrə geniş imkanlar yaradılacaq. Məhəllədaxil yollardan tutmuş, torpaq alqı-satqılarına qədər bələdiyyələrin imkanları genişlənəcək. Üstəlik, 2016-cı ildən Mənzil İstismar sahələrinə aid funksiyalar da bələdiyyələrin sərəncamına veriləcək. 
Bundan əlavə, Prezident İlham Əliyev bələdiyyələrin statusu, bələdiyyələrin hüdudlarında olan torpaqlarda tikinti, torpaqların istifadəsi, alqı-satqısı və digər istiqamətləri ilə bağlı bir neçə ay əvvəl sərəncamlar imzalayıb. Bütün bunlar isə bələdiyyələrin imkanlarını və statusunu böyüdür. Sözsüz ki, icra başçıları da bunu nəzərə alaraq, bələdiyyələrə tam "sahiblənmək" niyyətindədirlər. Artıq demək olar ki, əksər rayonlar üzrə icra başçıları istəklərinə nail olublar. Onlar öz adamlarını bələdiyyə üzvü seçdirməklə, bələdiyyələri tam mənada "sözəbaxan" etməyi bacarıblar. 
Məlumatda bildirilir ki, Bakının əksər rayonlarında da əyalət rayonlarından fərqlənməyən seçkilər keçirilib. Məsələn, Nizami, Nəsimi, Binəqədi və digər rayonlarda keçirilən seçkilər hətta əyalət rayonlarından da biabırçı olub. Hətta iş o yerə çatıb ki, Nizami rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev qızını da bələdiyyə üzvü seçdirib: "Bu, həmin İldırım Mehdiyevdir ki, başçının 1-ci müavini Qərib Məmmədovu nəinki seçki prosesindən, hətta rayondakı digər ciddi proseslərdən də təcrid etməyi bacarıb. Həmin rayonun icra başçısı Tahir Budaqov olsa da, bu rayonu sanki İldırım Mehdiyev idarə edir. Doğrudur, Nizami rayon bələdiyyəsinə keçirilən seçkidə köhnə tərkibi tam şəkildə sıradan çıxara, hətta köhnə sədri "vura" bilmədilər. Çünki köhnə sədrin və onun bələdiyyədəki adaşının nüfuzlu şəxslərlə əlaqəsi var. Ancaq bələdiyyənin səsvermə hüquqlu üzvlərinin çoxu birbaşa rayon icra hakimiyyətinin barmaq işarəsinə bənddir. Yəni Tahir Budaqov istənilən vaxt İldırım Mehdiyevin vasitəsiylə Nizami rayon bələdiyyəsində "sədr çevrilişi" həyata keçirib, öz adamını rəhbərliyə gətirə bilər". 
Mənbəmizin sözlərinə görə, bələdiyyə seçkisi Nəsimi rayonunda daha dramatik olub. Bu rayonun icra başçısı birbaşa seçkiyə müdaxilə edərək, həm özünün, həm də mənsub olduğu qruplaşmanın təqdim etdiyi şəxslərin "qalibiyyətini" rəsmiləşdirib: "Birmənalı şəkildə qeyd etmək olar ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bu dəfə rayon bələdiyyəsinə həm özünün, həm də mənsub olduğu qruplaşmanın - Nəqliyyat naziri Ziya Məmmədovun himayəsində olan namizədlərin qalibiyyətini təmin edib". 
Nəsimi rayonunda seçki saxtakarlığının baş alıb getdiyini iddia edən hakimiyyət təmsilçisinin sözlərinə görə, əvvəlcədən şəxsən N.Məhəməliyev tərəfindən tərtib olunan siyahı bütün məntəqələrə paylanıb: "Hətta elə məntəqələr oldu ki, səslər sayılmadı. Prtokol və bülletenlər birbaşa DSK-ya aparıldı. Kimə neçə səsin yazılması öz həllini orda tapdı. Bütün bunlar birbaşa icra başçısı Nəsib Məhəməliyevin diqtəsi ilə həyata keçirildi. O, bununla da Nəsimi rayonunda öz hakimi-mütləqliyini təmin elədi. Eyni zamanda, Ziya Məmmədova da bu rayonda əlavə imkanlar yaratdı". 
Məlumata görə, N.Məhəməliyev seçkidən əvvəl elə vəziyyət yaradıb ki, bələdiyyənin əvvəlki tərkibi - başda sədr Asəf Qurbanov olmaqla, əksər nüfuzlu şəxslər namizədliklərini verə bilməyiblər. Hətta YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun qardaşı Məmmədəli Novruzova da namizədliyini irəli sürmək imkanı verməyiblər: "Doğrudur, Məmmədəli Novruzov rayon rəhbərliyi ilə münasibətinin sıcaq olmamasına etiraz əlaməti olaraq yenidən namizədliyi üçün israr eləmədi. Hər halda, belə vəziyyət rayondakı durumu ciddi xarakterizə edən hal sayılır. Məmmədəli Novruzov kimi adamların əvvəlcədən zərərsizləşdirilməsi isə Nəsib Məhəməliyevə məqsədinə nail olmaq üçün daha münbit şərait yaratdı". 
Nəsib Məhəməliyev Məmmədəli Novruzovla yanaşı, rayon bələdiyyəsində 10 il təmsil olunanları - sədr Asif Qurbanova qədər hamısını - özünün və qardaşlarının dostları ilə əvəz edib. Maraqlı məqamlardan biri də odur ki, yeni tərkibdəkilərin çoxunun rayonla bağlılıqları demək olar ki, yoxdur. Hətta onlardan bəzilərinin pasport qeydiyyatını saxtalaşdırması barədə informasiyalar da var. 
Məlumatda bildirilir ki, Nəsimi bələdiyyəsinin sədri A.Qurbanov da rayonda təsadüfi adam olmayıb. O, rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə sabiq müavini, hazırda icra hakimiyyətində humanitar məsələlər üzrə şöbənin müdiri olan Zahid Xəlilovun yaxın qohumudur. Amma başçı bu dəfə Zahid Xəlilovun qohumuna da şans verməyib. Hətta ona namizədliyini vermək imkanı yaratmayıblar: 
"Düzdür, Qurbanovu mikrorayonda yaşıllıq əraziləri ayrı-ayrı şəxslərə satmaqda və ya istifadəsinə ver-məkdə ittiham edənlər də var. Ancaq açıq demək lazımdır ki, bələdiyyə sədri bunu özbaşına etmək gü-cündə və səlahiyyətində olmayıb. Nəsimidə təmir-tikinti bütövlükdə Nəsib Məhəməliyevin qardaşları-nın nəzarətindədir. Şübhəsiz ki, bunu hakim dairələrdə də bilirlər. Bəli, 9 mərtəbəli binaların həyətlərindəki kiçik həyətlərdən tutmuş yol kənarındakı yaşıllıq ərazilərdə ağacların qırılıb, yerində tikinti aparılmasına qədər hər şey Nəsib Məhəməliyev və onun qardaşı Yusif Məhəməliyevin razılığı ilə həyata keçirilir. Sözsüz ki, bu prosesdən milyonlar əldə olunur. Bundan əlavə, Nəsib Məhəməliyev qardaşları vasitəsi ilə rayon ərazisində dəyəri milyonlarla manatı aşan saysız obyekt və ərazilərə sahibləniblər. 
Artıq icra başçısının qardaşı Yusif Məhəməliyev (Çoxları rayonun icra başçısı qiyafəsində, əslində, N.Məhəməliyevi deyil, Yusifi görürlər) rayonda təmir-tikinti, məmur təyinatı və digər proseslərdən əlavə, seçki prosesinə də müdaxilə edir. Elə onun bir neçə yaxın dostunu bələdiyyə üzvü seçdirməsi də belə düşünməyə əsas verir. Bəzi iddialara görə, seçkidə ən çox səs toplamış namizəddən fərqli olaraq, Nəsimi bələdiyyəsinin yeni sədri də onun dostu olacaq". 

 

Sonda mənbəmiz Nəsib və Yusif Məhəməliyevlərin bələdiyyənin yeni tərkibindəki üzvlərinin kimliyi, onların bir-birinə yaxınlığı və digər məqamlarla bağlı maraqlı informasiyalar da verib. Bu və ya digər məlumatlarla növbəti sayımızda tanış ola bilərsiniz(Reytinqinfo.az). 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024