Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-07-2025, 14:39)
"ASAN Xidmət" deputata məxsus mebel şirkətindən 745 minlik geyim alır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) "Embawood" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Mediatv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurum şirkətdən xüsusi geyim formaları almağı planlaşdırır. Satınalma müqaviləsinin maliyyə dəyəri 745 116,9 manatdır.

"Embawood" şirkəti 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3 750 manatdır. Şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.

"Embawood"un təsisçilərindən biri Məşhur Məmmədovdur.

Məşhur Məmmədov deputatdır. Onunla bağlı biorafik məlumatlarda qeyd edilir ki, 2002-2009-cu illərdə "Embawood" MMC-nin direktoru, 2009-2011-ci illərdə "Embawood İnşaat" MMC-nin direktoru, 2011-2014-cü illərdə "Embawood" MMC-nin baş direktorunun birinci müavini, 2014-2020-ci illərdə "Progress Construction" MMC-nin direktoru vəzifələrində çalışıb.

"Embawood" mebel şirkətidir. Bu barədə şirkətin rəsmi saytında da qeyd edilib. Maraqlıdır ki, "ASAN Xidmət" mebel şirkətindən geyim alır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025