Sosial (Dünən, 13:34)
Bu məmurun 5 müavini, 4 müşaviri var- Bəs faydası necə?..
Son illərdə Azərbaycanda dövlət idarəçiliyi sahəsində struktur islahatları geniş vüsət alıb. İdarəetmədə çeviklik, büdcə vəsaitlərinə qənaət, təkrarlanan vəzifələrin ixtisarı və səmərəliliyin artırılması məqsədilə bir sıra strateji qurumlarda rəhbər heyətə və departament şəbəkəsinə yenidən baxılıb.
Lakin bəzi dövlət qurumlarının strukturları bu ümumi islahat kursuna uyğun gəlmir və ciddi suallar doğurur.
Editor.az-ın apardığı kiçik araşdırma göstərib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mövcud idarəetmə modeli, çoxsaylı rəhbər postları və geniş departament şəbəkəsi ilə bu mənada xüsusi diqqət çəkir.
Hazırda ADY-də 1 sədr, 5 sədr müavini və 4 sədr müşaviri fəaliyyət göstərir ki, bu da təkcə rəhbərlik səviyyəsində 9 yüksək vəzifəli şəxs deməkdir. Eyni zamanda qurumun tərkibində 20 ayrı departament mövcuddur.
Ekspertlər hesab edirki, bu qədər çoxsaylı struktur vahidlərinin saxlanılması həm idarəetmədə təkrarlanmaya, həm də büdcə xərclərinin artmasına səbəb olur. Çünki bu səviyyədə vəzifəli şəxslər kifayət qədər yüksək məbləğdə maaş alır, eyni zamanda digər xidməti imtiyazlara əhatə olunurlar.
Ekspertlər hesab edir ki, bəzi hallarda bu cür vəzifələr və struktur vahidləri real ehtiyacdan yox, dost-tanışa vəzifə yaratmaq, mövqeləri bölüşdürmək məqsədilə qurulur. Nəticədə isə həm idarəetmənin çevikliyi pozulur, həm də xərclərin əsaslandırılması sual altına düşür.
Ən diqqətçəkəni isə odur ki, bu qədər rəhbər heyətin və strukturun olmasına baxmayaraq, “Azərbaycan Dəmir Yolları” ölkədə ən çox tənqid edilən və narazılıq doğuran dövlət qurumlarından biri olaraq qalır. Müxtəlif media orqanlarının yaydığı materiallarda qurumun fəaliyyəti ilə bağlı ciddi iradlar yer alır.
Məsələn, Sozcu.info saytı qeyd edir ki, ADY-yə qarşı əsas narazılıq xidmət keyfiyyətinin aşağı olması ilə bağlıdır. İstehlakçılar vaqonların vəziyyətindən, qatarların gecikməsindən, qeyri-peşəkar əməkdaşların davranışından şikayətlənirlər. Saytın yaydığı məlumata görə, Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov xidmət səviyyəsini “qənaətbəxşdən də aşağı” adlandıraraq qeyd edir ki, qurumda ictimai məmnuniyyət deyil, formal görüntü ön plandadır.
Bununla yanaşı, AzPolitika.info saytı yazır ki, “Azərbaycan Dəmir Yolları” QSC bir sıra özəl logistika və ekspeditor şirkətləri ilə əməkdaşlıqdan əsassız şəkildə imtina edir. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC qurumu haqsız rəqabət yaratmaqda, bazarı süni şəkildə bölməkdə ittiham edib və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət ünvanlayıblar. Hazırda bu müraciət əsasında dövlət qurumu tərəfindən araşdırma aparılır.
Digər tərəfdən, Dia.az saytı qurum daxilində əmək münasibətləri və maliyyə intizamı ilə bağlı problemlər yaşandığını yazır. Məlumata görə, ADY əməkdaşlarının əmək haqları vaxtında ödənilmir. İddialara əsasən, əməkhaqqı fondu əvvəlcə banklara yatırılır, oradan faiz qazancı götürüldükdən sonra işçilərə ödəniş edilir. Sayt yazır: “Hamının krediti var. Qazanan isə Rövşən Rüstəmov və banklardır.” İşçilər bu yanaşmanın sosial ədalətə uyğun olmadığını və rəhbərliyin şəffaflığa cavab vermədiyini bildirirlər.
Eyni zamanda müxtəlif media qurumlarında sadə əməkdaşların əsassız formada işdən azad edilməsi ilə bağlı çoxsaylı iddialar da yer alır.
Bütün bu faktlar onu göstərir ki, “Azərbaycan Dəmir Yolları”nda rəhbərliyin say çoxluğu və departament bolluğu nə xidmətin keyfiyyətinə, nə də idarəetmədə effektivliyə hər hansı müsbət təsir göstərmir. Əksinə, büdcə yükü artır, ictimai narazılıqlar dərinləşir, strukturun islahatlara ehtiyac duyduğu daha da aydın görünür.
Ekspertlər təklif edir ki, dövlət qurumlarında aparılan ümumi optimallaşdırma prosesinə uyğun olaraq, ADY-nin də rəhbər strukturu və departament sayı təkrar nəzərdən keçirilməli, ehtiyac olmayan postlar ixtisar edilməli və idarəetmədə səmərəlilik əsas götürülməlidir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 07 2025
26 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
“Range Rover”in sürücüsü yolun ortasında digər sürücüyə ailəsinin gözü qarşısında hücum etdi-FOTOLAR
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025