Kriminal (24-07-2025, 13:55)
“Sən də öz günahına görə pul ödəməlisən” - Baş həkimi şantaj edənə ağır cəza kəsildi

Baş həkimi çəkdiyi gizli video ilə şantaj etməkdə təqsirləndirilən 40 yaşlı şəxs hakim qarşısına çıxarılıb. Ona törətdiyi əmələ görə ağır cəza verilib.
Musavat.com xəbər verir ki, ittihamda göstərilir ki, Taleh Şirvan şəhər onkoloji xəstəxanasında baş həkimə hədə-qorxu gələrək 1000 manat alıb. Tibb bacısına isə zəng edərək ondan pul tələb edib.
İttihamla müəyyən edilib ki, təqsirləndirilən şəxs qayınanasının bacısının onkolji xəstə kimi qeyd edilən xəstəxanada müalicə aldığını bilib: “Qayıananam dedi ki, bacısının müalicəsi üçün həkimlərə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib. Mən də dedim ki, bu, pulsuzdur. Qayınanamla birlikdə xəstəxanaya getdik. Qayınanam Ədalət həkimə pul verdi. Həkim də pulu alıb Ofelya adlı tibb bacısına verdi. Mən də bunu videoya çəkdim. Bu qanunsuzluğa görə müxtəlif yerlərə şikayət etdim. Xəstəxananın direktorunun da qəbulunda oldum. Sonra Ədalət həkim məni otağına çağırdı. Ondan qayınanamdan alınan pulu geri qaytarmasını, xəstənin müalicəsini nəzarətdə saxlamasını istədim. Bir neçə gün sonra yenə mənə zəng elədi. Guya telefonda ondan min manat istədiyimi dedi”.
Araşdırma zamanı məlum olub ki, Talehin saxta Qarabağ əlili olması ilə bağlı vəsiqəsi də olub. Təqdirləndirilən şəxs vəsiqəni necə əldə etdiyini izah edə bilməyib.
Suallara cavab verən təqsirləndirilən şəxs Ofelya adlı tibb bacısına çəkdiyi videonu göndərməkdəki məqsədini belə izah ediib: “Zəng edəndə cavab vermədi. Mən də fikirləşdim ki, kim olduğumu bilmir. Məni tanısın deyə videonu göndərdim”.
Zərərçəkmiş kimi tanınmış Ədalət həkim xəstəxananın baş həkimi olub. Onun sözlərinə görə, Nazilə adlı pasientin oğlu Bakıda olduğu üçün dərmanları vaxtı-vaxtında ala bilmirmiş: “Dərmanı mən alırdım, sonra da Nazilə xanım mənə verirdi. Bunu oğlu Murad da bilir. Axırıncı dəfə pulu mənə verəndə Taleh video çəkib. Sonra da xəstəxananın direktorunun yanına gedib. Dirrektor məni çağırıb məsələni yoluna qoymağımı istədi. Taleh məndən 5 min manat tələb etdi. O qədər pulumun olmadığını dedim. Min manata razılaşdıq. Pulu verəndən sonra söz verdi ki, videonu heç yerdə paylaşmayacaq. Taleh gedəndən sonra Tural adlı jurnalist tanışım yanıma gəldi. Söhbət zamanı baş verənləri danışdım. Mənə dedi ki, gərək pulu verməzdim. Sonra Talehə zəng edib telefonda onun səsini yazdım. Pul adlığını etiraf etdi. Bir müddət sonra öyrəndim ki, Taleh Ofelyaya da zəng edib. Talehlə danışanda dedi ki, videoda Ofleya olduğu üçün o da pul verməlidir. Onunla mübahisə etdik. Bir gün sonra da videonu sosial şəbəkədə paylaşdı”.
Baş həkim baş ifadəsinin sonunda Talehi bağışladığını deyib.
Zərərçəkmiş kimi tanınan Ofelya adlı tibb bacısı eyni məzmunlu ifadə verib. Əlavə edib ki, Taleh ona zəmg edərək “sən də öz günahına görə pul ödəməlisən” deyib.
Məhkəmə Talehi törətdiyi əməldə təqsirli bilib. Hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Taleh 7 il müddətinə azadlıqdan məhrum edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
“Range Rover”in sürücüsü yolun ortasında digər sürücüyə ailəsinin gözü qarşısında hücum etdi-FOTOLAR
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025
24 07 2025