Sosial (26-05-2015, 14:29)
Azərbaycana gələn əcnəbilərin sayı xeyli azalıb
Dövlət Statistika Komitəsi (DSK) 2014-cü ildə Azərbaycana gələn əcnəbilər və xaricə gedən Azərbaycan vətəndaşları barədə statistikanı açıqlayıb
Mediatv.az-ın məlumatına görə, ötən il Azərbaycana gələn əcnəbilərin sayı 8,4% azalıb.
"Turan" bildirir ki, bu, əsasən Rusiya vətəndaşı olan soydaşlarımızın maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır.
Ötən il Azərbaycana 2 mln 297,8 min əcnəbi gəlib. Bu, 2013-cü ildəkindən 211 min azdır. RF-dən Azərbaycana 843,8 min nəfər gəlib. Bu, əvvəlki ildəkindən 60 min azdır. 0,5 mln etnik azərbaycanlı yaşayan Gürcüstandan ölkəmizə 699,5 min nəfər gəlib. Bu isə 2013-cü ildəkindən 110,9 min azdır.
Cəmi RF, Gürcüstan, Türkiyə və İranın payına 1,6 mln turist düşür. Maraqlıdır ki, 2013-cü ildə turistlərdə bu ölkələrin payı 87,5% (1 862,8 min nəfər) idisə, ötən il 74% (1,6 mln) olub. Başqa sözlə, xarici turistlərin coğrafiyası başqa ölkələrin hesabına genişlənib.
DSK turist kateqoriyasına 2 159,2 min nəfəri (+1,4%) daxil edib. Bunun 670,5 mini (+3,3%) Azərbaycana biznes və işgüzar iş üçün, 709,9 min (0,6%) istirahət və əyləncəyə gəlib. Qohum və dostalrın yanına 677,1 min əcnəbi gəlib. Bu, bir il öncəkindən 0,5% çoxdur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi - VİDEO
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025