Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (30-04-2015, 15:56)
Qudalarını qıran Qədəşov qardaşlarının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Nadir, Əziz və Cahid Qədəşovların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

 

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Əhməd Quliyevi sədrlik edib. 
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 4-nə təyin edilib.
Qeyd edək ki, ötən il avqust ayının 25-də Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayeva, 1962-ci ildə təvəllüdlü Tərlan Abdullayev, onun övladı, 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb. Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayeva dünyasını dəyişib.
İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb. Onlar isə özlərini çox gözlətmədən qudalarının evində peyda olublar.
Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar. Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edib. Münaqişə isə Nadir Qədəşovun bıçaqla bacısının qayınanasını öldürməsi, qaynını yaralanması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədəşov da yaralanıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024