Sosial (26-04-2015, 21:10)
“İmtahan mərkəzlərdə təlimata uyğun keçirilib”- TQDK
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il aprelin 26-da 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
“Mediatv.az”ın qurumun saytına istinadən məlumatına görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.
İmtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zərurui şərait yaradılıb.
