Sosial / Slayd (26-04-2015, 11:07)
Mir Cəlal Paşayevin doğum günüdür- 107
Bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 107 il keçir.
“Mediatv.az”ın məlumatına görə, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. “Bir gəncin manifesti”əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi əbədiyaşarlıq qazandırıb.
Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub.
Yazıçı altı roman müəllifidir. Onların arasında "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır" keçmişdən, "Açıq kitab", "Yaşıdlarım" və "Yeni şəhər" isə müasir həyatdan bəhs edir.
Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.