Cəmiyyət / Slayd (2-02-2015, 19:04)
"AMAY" Abdulla ilə bağlı ilginc iddia səsləndi - Azadlığının müqabilində...
Həbsdə olan iş adamı Abdulla Abdullayev azadlığa buraxılması üçün danışıqlar aparır. Biznesmen ödədiyi milyonlarla yanaşı, bəzi şərtləri də qəbul etməyə razılaşıb.
Tia.az-a verilən xəbərə görə, Abdullayev həbsdən çıxacağı halda olan-qalan varidatını, kiçik biznesini də təhvil verib Azərbaycanı tərk etməlidir. Hazırda danışıqlr prosesində müəyyən detallar sövdələşməni pozur deyə iş yubanır. Mənbə qeyd edir ki, “AMAY Abdulla” hər nə yolla olursa-olsun azadlığa çıxmaq arzusundadır.
Baş Prokurorluq A.Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.
İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, Bakı İstintaq Təcridxanasında saxlanır.