Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (Bu gün, 10:51)
Gölün üstündə qurulan “makler şəhərciyi” – Abşeronda qanunsuz tikintiyə kim himayədarlıq edir?

 
Abşeron rayonu Məmmədli kəndində ciddi qanun pozuntuları ilə bağlı redaksiyamıza narahatedici məlumatlar daxil olub. Daxil olan məlumatlara görə, kənd ərazisində mövcud olan göl sahəsi mamlerlər tərəfindən qurudularaq üzərində yaşayış evləri tikilir və bu evlər  vətəndaşlara satılır. İddialara görə, sözügedən ərazi əvvəlcə süni şəkildə qurudulur, daha sonra isə heç bir rəsmi şəhərsalma sənədi və ya tikinti icazəsi olmadan torpaq sahələri bölünərək satışa çıxarılır. Məsələnin ən ciddi tərəfi isə ondan ibarətdir ki, göl yatağı olan ərazidə tikilən bu evlərdə sonradan yaşayan vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Mediatv.az-a daxil olan məlumata görə, torpağın təbii xüsusiyyətlərinə görə evlərdə güclü rütubət yaranır və bu səbəbdən həmin evlərdə normal yaşayış demək olar ki, mümkün olmur. Divarlarda nəm, kif və digər problemlər qısa müddətdə ortaya çıxır. Nəticədə isə ev alan vətəndaşlar həm maddi zərərə düşür, həm də sağlamlıqları üçün təhlükəli şəraitdə yaşamağa məcbur qalırlar. Daxil olan məlumatlarda daha bir ciddi iddia səsləndirilir. Bildirilir ki, göl sahəsinin təyinatı yaşayış və satış üçün nəzərdə tutulmasa da, bəzi vasitəçilərin Abşeron Rayon İcra Hakimiyyətində müəyyən şəxslərlə razılaşaraq torpaq sahələrini qeyri-rəsmi şəkildə satışa çıxardıqları iddia olunur. Məlumata görə, həmin ərazilərdə torpağın bir sotu təxminən 18 min manata qədər qiymətləndirilərək maklerlərə satılır. Bu isə bir sıra suallar doğurur:Əgər söhbət göl yatağından və rəsmi təyinatı olmayan torpaq sahəsindən gedirsə, həmin ərazilərdə tikinti necə aparılır? Bu tikintilərə kim və ya kimlər “yaşıl işıq” yandırır? Nə üçün aidiyyəti dövlət qurumları bu prosesə vaxtında müdaxilə etmir? Məsələ ilə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətinin, həm də şəhərsalma və torpaq məsələlərinə cavabdeh digər dövlət qurumlarının mövqeyi xüsusi maraq doğurur. Çünki söhbət həm qanunsuz tikintidən, həm də vətəndaşların aldadılması ehtimalından gedir. Qanunsuz tikintilərin qarşısının alınması, göl və su hövzələrinin qorunması isə qanunvericiliklə dövlət qurumlarının birbaşa məsuliyyət sahəsinə daxildir. Bəs bu qanunsuzluq nə vaxta qədər davam edəcək? Niyə göl yatağında tikilən evlərə göz yumulur? Və ən əsası, ev alaraq sonradan problemlə üzləşən vətəndaşların hüquqlarını kim qoruyacaq?
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 Mövzunu diqqətdə saxlayacağıq.
   Mediatv.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 03 2026
8 03 2026
8 03 2026
8 03 2026
8 03 2026
8 03 2026
8 03 2026
8 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026