Siyasət (2-11-2020, 13:46)
“Dağlıq Qarabağ münaqişəsi” yoxdur: bu istilahı bitirin!
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı ifadə artıq yoxdur. Münaqişənin bundan sonra belə adlandırılması doğru deyil.
Bu sözləri "Mediatv.az"-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, cənab Prezidentin əmri ilə Şanlı Azərbacayn Ordusu əks-hücum əməliyyatlarına başlandığı gündən bu günə qədər 30 ildir yaradılan “reallıqlar” alt-üst edilib:
“Birincisi, 30 ildir davam edən münaqişənin indi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlanmasını doğru hesab etmirəm. Məsələ ondadır ki, bu gün Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində təkcə ətraf rayonları deyil, eyni zamanda Dağlıq Qarabağın da bir çox ərazilərini işğaldan azad edib. Bu mənada rəsmi sənədlərdə vurğulanan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” sadəcə, “Ermənistanın Azərbaycan torpaqlarının işğalı” və ya “Ermənistan-Azərbaycan münaqişəsi” olaraq adlandırılmalıdır. Ümumiyyətlə ölkə ziyalıları, media qurumları bu məsələdə həssas davranmalıdır. “Qarabağətrafı rayonlar” və ya “Dağlıq Qarabağ” kimi adqoymalardan imtina etmək lazımdır.
“Dağlıq Qarabağ münaqişəsi”, “7 rayon” dilimizdən çıxmalıdır. Ermənistan Azərbaycanın 12 rayonunu işğal edib və Ordumuz bu rayonlardan artıq bəzilərini azad edib. Qarabağ və yaxud Dağlıq Qarabağ – inzibati ərazi deyil, yalnız iqtisadi zona ola bilər.
İkincisi, ölkə başçısı az qala hər dəfə bu sözü təkrarlayır ki, status-kvo yoxdur, biz onu məhv etdik, dağıtdıq. Bu mənada deyə bilərəm ki, münaqişə ilə bağlı bundan sonra status-kvodan söhbət belə gedə bilməz.
Üçüncüsü, Qarabağ ermənilərinə “geniş tərkibli”, “dar tərkibli”, “orta tərkibli” muxtariyyətin verilməsi artıq mümkün deyil. Cənab Prezident birmənalı olaraq bu məsələyə də aydınlıq gətirdi. Bəli, bu təklif dəfələrlə ölkə başçısı tərəfindən dilə gətirilmişdi. Lakin bu o vaxtı gerçək olardı ki, Ermənistan bu təkliflə razılaşsın, sülh yolu ilə ordusunu çıxartsın. Prezident də xüsusi olaraq qeyd etdi ki, Ermənistan bu təkliflə razılaşmayıb və ortada muxtariyyət məsələsi yoxdur. Yəni bu təklifimiz artıq qüvvədən düşüb.
Dördüncüsü, danışıqlar prosesi yeni şərtlər, yeni tələblər, yeni prinsiplər əsasında olmalıdır. 30 ildir davam edən, heç bir mənası olmayan, bu gün mövcud olmayan status-kvonu pərçimləmək üçün təklif edilən formatlar artıq yoxdur. Danışıqlar prosesi yeni reallıqlar və mövcud şərtlər altında olmalıdır.
Bu mənada bəlli ölkələrin hansısa təkliflərinə ehtiyacımız yoxdur. Hər bir məsələni cənab Prezident özü nizamlayır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024