Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-06-2024, 10:09)
Naxçıvanda tenderləri KİMLƏR VƏ NECƏ `UDUR`?

 

Azərbaycanda təchizatçıların nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız hesab edildiyi hallar müəyyən edilib. Bu, “Dövlət satınalmaları haqqında” qanunda da öz əksini tapıb. Belə ki, təchizatçılar müəyyən edildiyi hallarda həmin halların aşkar edildiyi gündən 5 iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 təqvim ili ərzində 3 və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunur.

Yeni satınalmalar qanununa əsasən etibarsız təchizatçı reyestri yaradılıb. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli açıqlama verib. Onun sözlərinə görə, bu ilin əvvəlindən etibarsız təchizatçı reyestrinə 9 şirkət düşüb. 3 aydan 3 ilə qədər həmin təchizatçılar dövlət satınalmalarında iştirak edə bilməcəyəcəklər. Özəllərdə iştirak edə bilərlər, amma dövlət satınalmalarında iştirak edə bilməzlər.

Amma Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda etibarsız təchizatçı reyestrinə daxil edilmiş şirkətlərin və fiziki şəxslərin də dövlət satınalmalarının qalibi olması müşahidə olunur.

Belə ki, sözügedən portala yerləşdirilmiş məlumata görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi katriclərinin doldurulması və təmiri üzrə fiziki şəxs ŞİRVANİ XƏQANİ OĞLU MƏHƏRRƏMOV ilə 18.450,48 manat məbləğində satınalma müqaviləsi bağlayıb və bu barədə 25.05.2024-cü il tarixdə açıqlama dərc edib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Şirvani Xəqani oğlu Məhərrəmov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15.03.2024-cü il tarixli qərarı ilə etibarsız təchizatçıların reyestrinə daxil edilib. Qərarın qüvvədə olma müddəti Dövlət Xidməti tərəfindən 15.03.2025-ci il tarixə müəyyən edilib.

Qeyd edək ki, bu “Dövlət satınalmaları haqqında” Qanunun 14.2.8-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.

Buradan sual yaranır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Satınalma Komissiyası fiziki şəxs Şirvani Xəqani oğlu Məhərrəmoun satınalmada iştirakına necə yol verib?

Göründüyü kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə fiziki şəxs Şirvani Xəqani oğlu Məhərrəmov arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar var. Belə ki, satınalmanın keçirilməsi zamanı bu hala ya Nazirliyin Satınalma Komissiyası göz yumub, ya da fiziki şəxs Şirvani Xəqani oğlu Məhərrəmov ona satınalmalarda iştirak hüququ verən sənədləri saxtalaşdırıb.

Qeyd edək ki, bu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin fiziki şəxs Şirvani Xəqani oğlu Məhərrəmov arasında bağlanmış ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında təssərüfat mallarının satınalması üzrə 44.551,5 manat dəyərində bir müqavilənin bağlanıldığı da 29.11.2023-cü ildə açıqlanıb.

Bundan əlavə fiziki şəxs Şirvani Xəqani oğlu Məhərrəmov 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə də iki satınalmam müqaviləsi bağlayıb. Təsərrüfat mallarının satın alınması üzrə 3.233,6 manat, dəftərxana ləvazimatlarının alınması üzrə isə satınalma müqaviləsinin qiyməti 7.916,9 manat təşkil edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Satınalma Komissiyası satınalmalarda yol verilmiş yuxarıda göstərilən qanun pozuntusuna aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu məktubuna cavab vermədi. Bununla belə qurumun mövqeyini dərc etməyə hazırıq.

Aktualinfo.org

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024