Sosial (Dünən, 09:26)
İcra xidməti işinin öhdəsindən gəlmirsə...
"Paytaxtımızın Yeni Yasamal-1 massivi 13 və 14 saylı evlərinin qanuni sahiblərinin şikayətini oxuculara bildirmişdik. 30 ildən çoxdur bu vətəndaşlar öz evlərində məskunlaşa bilmirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.O daha sonra bildirir: "Sənədlə onlara məxsus mənzillərdə keçmiş məcburi köçkünlər məskunlaşıblar. Hələ də mənzilləri öz mülkiyyətçilərinə vermək istəmirlər. Halbuki hələ 2004-cü ildən bu kateqoriyadan olan insanların zəbt etdikləri evlərdən çıxmalarına göstəriş verilib.
Lakin aidiyyatı dövlət təşkilatları bu barədə üzərlərinə düşən öhdəlikləri heç vaxt yerinə yetirməyiblər.
Qarabağ münaqişəsinin ilk illərində dözüm nümayiş etdirərək mənzillərinə girib yaşayanlara qarşı heç bir hərəkət etməyiblər.
Şikayətçilər deyirlər ki, məcburi köçkünlərin Bakıya və digər yerlərə pənah gətirdikləri ilk illərdə milli həmrəylik naminə onlara güzəşt ediblər. Çünki eyni xalqın nümayəndələriyik.
Amma tədricən pis günlər arxada qaldı. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərcikləri sökülüb ləğv olundu. Onların yerində qəsəbələr salındı. Onlar üçün hər cür şəraiti olan müasir yaşayış binaları tikilib istifadəyə verildi.
Hamısı da dövlət büdcəsi hesabına. Nəhayət, Vətən müharibəsində qazandığımız qələbədən sonra Böyük Qayıdış Proqramı əsasında keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına dönmələri təşkil olunub.
Tam qayıdışa kimi isə müvəqqəti yaşayış üçün evlər ayrılıb. Amma heç kim zəbt etdiyi mənzillərdən çıxmaq istəmir. Mənzillərin qanuni sahibləri əraziyə yaxınlaşanda onları az qala daş-qalaq edirlər. Keçmiş məcburi köçkünlərin ələ keçirdikləri evləri tərk etmələrinin məcburiliyi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını da yerinə yetirməkdən imtina edirlər.
Yasamal rayon məhkəmə icraçıları şöbəsinin Pərviz adlı müdiri, Bəxtiyar adlı məhkəmə icraçısı müxtəlif bəhanələr gətirərək işi icra etmək istəmirlər. Guya mənzilləri zəbt edənlərə möhlət verilib.
Eyni bəhanəni onların nazirlikdəki rəhbərləri də deyir. Ədliyyə Nazirliyi İcra Xidməti Baş İdarəsinin rəisi Vidadi Məmmədov qəbuluna gələn Yeni Yasamal-1 massivi 13 və 14 saylı yaşayış binalarında mənzilləri zəbt olunmuş qanuni mülkiyyətçilərlə söhbətində gözə kül üfürür.
Danışdıqca məlum olur ki, tabeliyində işləyən Nicat, Pərviz, Bəxtiyar kimi işçilərinin uydurmaları elə onun özündən qaynaqlanır. Bundan əvvəl mən şikayətçilərlə birlikdə Prezident Administrasiyasında da olmuşdum.
Həmin vaxt bizi Fuad Ələsgərov qəbul edərək şikayətçilərin tələbinin qanuni, haqlı olduğunu bildirərək bu istiqamətdə iş aparıldığını bildirmişdi. Qəribədir ki, Prezident Administrasiyasında qəbula düşə bildiyim halda Ədliyyə Nazirliyində Vidadi Məmmədov özünü daha mühüm şəxs sayaraq media təmsilçisini qapı arxasında saxlayır.
Qanunda bu nəzərdə tutulubsa, buyurub göstərsin. Mən bildiyim odur ki, media əməkdaşının sərbəst şəkildə məlumat almaq, soruşmaq haqqı var. Bu haqqı heç bir məmur öz mülahizəsinə görə məhdudlaşdıra bilməz. Vidadi Məmmədovun etdiyi əsl məmur özbaşınalığıdır.
Bu adam məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasını təmin etmək əvəzinə şikayətçi vətəndaşlara nağıl danışır.
Guya qaçqın və məcburi köçkünlərin zəbt etdikləri evlərdən çıxarılmaması haqqında qərar hələ də qüvvədədir.
Guya bu möhlət yenə qalıb. Vidadi müəllimin nəzərinə çatdırım ki, belə bir güzəşt 1999-cu ildə mövcud olub, lakin 2004-cü il və sonrakı illərdə ləğv olunub. Bundan başqa, Vidadi Məmmədovun, onun işçilərinin əlində məhkəmə qərarı var.
Onlar buna məhəl qoymadan süründürməçiliklərinə qanuni don geyindirməyə çalışırlar. Qanuna əməl etməkdənsə, özləri qanunu pozurlar..."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
4 01 2026
4 01 2026
4 01 2026


























