Sosial (Dünən, 20:28)
Xətai rayonunda açıq qanunsuzluq: məhəllə talan edilir, icra strukturları susur
Heç bir ictimai müzakirə aparılmadan, heç bir rəsmi sənəd təqdim edilmədən pilləkənlər sökülüb, insanların illərlə istifadə etdiyi keçid yolları məhv edilib. Bu, xüsusilə yaşlılar, uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün real təhlükə deməkdir. Maraqlıdır: bu addımı atanlar insanların həyat və sağlamlığına cavabdehlik daşıyırlarmı?Sakinlərin bildirdiyinə görə, sözügedən ərazi rəsmi olaraq sürüşmə zonası hesab olunur. Buna baxmayaraq, burada bina tikintisinə hazırlıq işləri aparılır.Mediatv.az xəbər verir ki,xüsusilə diqqətçəkən məqam Fövqəladə Hallar Nazirliyinin səssizliyidir. Çünki sürüşmə riski olan ərazidə aparılan hər hansı torpaq və tikinti işi FHN-in birbaşa nəzarət predmetidir.
Daha da biabırçı məqam isə ağacların kütləvi şəkildə kəsilməsidir. Şəhərin azsaylı yaşıllıq sahələri tikinti maraqlarına qurban verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan bir ağacın belə kəsilməsi qanunla qadağan edildiyi halda, Gəncə prospekti 27-də bu norma açıq şəkildə tapdanır. Sual olunur: bu yaşıllıq qətliamına kim “yaşıl işıq” yandırıb?
Ərazidə aparılan işlər açıq şəkildə bina tikintisinə hazırlıq xarakteri daşıyır. Lakin ortada nə tikinti pasportu var, nə məlumat lövhəsi, nə də layihə sənədləri. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələbləri sanki bu ünvan üçün qüvvədən düşüb. Qanun hamı üçün keçərlidir, yoxsa yalnız sadə vətəndaşlar üçün?
Xətai Rayon İcra Hakimiyyətinin bu prosesə susqunluğu xüsusilə diqqət çəkir. Rayonun ortasında məhəllə dağıdılır, infrastruktura zərər vurulur, amma icra strukturlarından nə reaksiya, nə də izahat var. Bu susqunluq səhlənkarlıqdır, yoxsa razılaşdırılmış mövqedir?
Məsələ təkcə bir tikinti deyil. Bu, şəhər mühitinin planlı şəkildə məhv edilməsi, sakinlərin hüquqlarının ayaqlar altına atılmasıdır.
Sakinlər açıq şəkildə bildirirlər: əgər bu özbaşınalıq dərhal dayandırılmasa, məsələ ictimai müstəvidə və hüquqi müstəvidə sonadək qaldırılacaq. Çünki məhəllələr məmur-tikinti biznesinin qurbanı olmamalıdır.
Qanunsuzluğa susmaq – onu şərik olmaq deməkdir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
5 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
4 01 2026
3 01 2026

























