Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:47)
Vüqar Ələkbərov əməliyyat etdi: Məşhur müğənninin bədəni çürüyür….-FOTO

 
Plastik cərrah Vüqar Ələkbərovla bağlı ciddi iddialar – prokurorluq araşdırmaya başlayıb
 İlginc və narahatedici məlumat cəmiyyətdə ciddi rezonans doğurub. Məlumata görə, 2025-ci ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən Universal Hospitalda tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb.Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb.(Xanım araşdırma bitənə kimi adının açıqlanmasını istəmir)Belə ki, əməliyyatdan sonra sinə nahiyəsində nikrozlaşma( çürümə )müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.


 İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Azərbaycan Respublikası Prokurorluğuna rəsmi şikayət ünvanlayıb.Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır.Digər məlumatlara görə, bu hadisə həkimin adı ətrafında səslənən ilk iddia deyil. Müxtəlif dövrlərdə onunla bağlı uğursuz əməliyyatlar, pasiyent narazılıqları və şikayətlər səsləndirilib. Hətta bir müddət əvvəl Vüqar Ələkbərovun adının ölümlə nəticələndiyi iddia edilən əməliyyatlarla bağlı da hallandığı bildirilmişdi.Qeyd edək ki, hazırda bütün bu faktlar araşdırma mərhələsindədir və həkimin günahının olub-olmaması yalnız hüquqi qiymətləndirmədən sonra məlum olacaq. Qarşı tərəfin mövqeyini dinləmək məqsədilə Vüqar Ələkbərovla və Universal Hospital rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.AzTimes.az olaraq mövzunu diqqətdə saxlayacaq, araşdırmanın nəticələri və rəsmi qurumların mövqeyi ilə bağlı oxucularımıza əlavə məlumat təqdim edəcəyik.

Məlumatda o da qeyd olunur ki, baş verən hadisədən sonra Vüqar Ələkbərovun Universal Hospitaldan uzaqlaşdırıldığı bildirilir. Hazırda isə onun Funda Hospitalda fəaliyyət göstərdiyi bildirilir.(aztimes.az)


шаблоны для dle 11.2

Xəbər lenti
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025