Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-09-2020, 13:17)
Amerikalı senator ermənilərin işğalçılıq siyasətindən narahatdır

 ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvləri Meyn ştatının senatoru Suzan Kollinslə videobağlantı formatında görüş keçiriblər.
Bu barədə "Mediatv.az"ın xüsusi müxbirinə Amerika-Azərbaycan Cəmiyyətinin üzvü, Meyn ştatındakı Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədov məlumat verib.
Onun sözlərinə görə, görüşdə Nyu York, Boston, Hyuston, Mayami şəhərlərindən olan icma rəhbərləri, üzvlər və bir çox türk dövlətlərinin nümayəndələri iştirak ediblər.
S.Kollins Amerika-Azərbaycan Cəmiyyətinin ABŞ-da aktiv fəaliyyətindən, xüsusilə icma üzvlərinin ötən illər ərzindəki uğurlarında danışıb. Senator icma üzvü olan immiqrantların dövlət qrantlarından faydalanmasının və ABŞ-da məskunlaşaraq insan resuslarında, eyni zamanda ölkələrarası əməkdaşlıqlarda aktiv fəaliyyətindəki roluna xüsusi diqqət çəkib. O, iqtisadiyyatın aparıcı qüvvəsi olan kiçik biznesin fəaliyyətini artırmaq üçün bu işdə Azərbaycan icmasına lazım olan bütün dəstəyi verməyə hazır olduğunu deyib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Senator bu problemin ötən illərdən bəri həllini tapmaması və ermənilərin işğalçılıq siyasətini davam etdirməsindən narahatlığını dilə gətiriib. S.Kollins xüsusilə ötən aylarda Kaliforniya ştatında yaşayan erməni icmasının nümayəndələrinin Azərbaycan icmasının üzvlərinə qarşı təcavüz aktını pisləyib.
“Biz sivil ölkədə yaşayırıq və hər şey dialoq üzərində qurulmadır” deyən senator problemin həllinin hüquqi müstəvidə, sülh yolu ilə nizamlanmasının vacibliyinə diqqət çəkib. Azərbaycanlılar ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun heç bir irəliləyiş əldə etmədiyini, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın sülh yolunu seçdiyini və dəstəklədiyini deyiblər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024