Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-04-2025, 20:01)
Ədalət Həsənovun başçılıq etdiyi mərkəzdə 40 min iddiası -Ekspert verdiyi rəyi niyə ləğv edib?


Ekspert verdiyi rəyi niyə ləğv edib? – Ədalət Həsənovun başçılıq etdiyi mərkəzdə 40 min iddiası

Ekspertin öz verdiyi rəyi təkzib etməsi qalmaqala səbəb olub.

 Redaksiyamıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”, Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri baş direktor, professor Ədalət Həsənov və həmin qurumun hazırda Komisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli barədə maraqlı məlumatlar daxil olub.
Belə ki, məlumatı saytımıza verən şəxs M.Ş.M-nın iddiasına görə 2015-ci ildə Bakı Şəhər Prokrorluğunda onun barəsində istintaq araşdırılması apardığı dövrdə tibbi ekspert Cavid Cahangirli ondan qırx min manat almaqla istintaqa cəlb edilməmək şərti ilə barəsində ağır (xroniki pankreatit, qaraciyərin polikistozu və xroniki hepatit) xəstəliyin daşıyıcı olduğuna dair 174/KEŞ nömrəli, 27 May 2016-cı il tarixli tibbi-ekspert rəyi verilib.
Dərhal onun barəsində açılmış cinayət işinin təqibi həmin tibbi rəyə əsasən dayandırılıb.
Lakin 2017-ci ilin sentyabr ayında cinayət işi Bakı şəhəri Səbail Rayon Polis İidarəsinin istintaq şöbəsindən alınaraq davam etdirilməsi üçün Bakı Şəhər Prokrorluğunun istintaq idarəsinin müstəntiqi Zöhrab Səməndovun icraatına verilib.
Özünün şikayətçiyə dediyi sözlərə görə,Bakı Şəhər Prokrorluğunun təpkisinə dözə bilməyən Cavid Cahangirli M.Ş.M-nın müalicəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mərkəzləşmiş Xəstəxanasında davam etdirilə biləcəyinə dair (öz verdiyi rəyi ləğv etməklə) 276/KEŞ nömrəli, 06 sentyabr 2017-ci il tarixdə yeni tibbi rəy verib.
Cavid Cahangirli M.Ş.M-a baş verənlərin səbəbini aldığı qırx min manatın beş min manatını qaytararaq belə izah edib ki, onun barəsində istintaqı təqib edən Bakı Şəhər Prokrorluğu israrla verdiyi tibbi rəyin ləğv edilməsini tələb etdiyi üçün belə addım atıb.
O qalan pulların baş direktor Ədalət Həsənova, şöbə rəisi Ziyafəddin Məmmədova və digər tibbi ekspert Rafik Nuriyevə çatdığını söyləyib və 10 gün ərzində həmin şəxslərdən qalan pulları alıb qaytaracağına söz verib.
Aralarındakı söhbətdən üç gün sonra M.Ş.M istintaq orqanı tərəfindən həbsə alınıb. M.Ş.M yaxın adamları onun sifarişi ilə Cavid Cahangirlidən qalan pulları tələb etsə də, O, ümumiyyətlə, tələbkarı tanımadığını, aralarında belə bir şey olmadığını bildirib.
Həbs yerindən M.Ş.M dəfələrlə verdiyi pulların qalan hissəsini tələb etməkdən ötrü zəng etsə də, Cavid Cahangirli onun zənglərini cavabsız qoyub. Məcburiyyət qarşısında qalan iddiaçı Cavid Cahangirlinin qanunsuz hərəkətlərindən Baş Prokrorluğa şikayət ünvanlayıb. Cavid Cahangirli bundan sonra istintaqa cəlb olunub. İstintaq zamanı çoxsaylı şahid ifadələri alınmış, sorğular verilmiş, müvafiq ekspertizalar təyin edilmiş, hadisənin baş verdiyi ərəfədə iddiaçının və MTE və PA Birliyinin tibbi eksperti Cavid Cahangirlinin istifadəsində olmuş mobil telefon nömrələrindən çıxarışlar edilmiş, üzləşmə və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Şikayət əsasında tibbi ekspert Cavid Cahangirli barəsində toplanmış materiallar Azərbaycan Respublikası Cinayət Məcəlləsi 126.3 və 309.1-ci maddələri ilə başlanmış 190206051 nömrəli cinayət işinə əlavə edilmişdir.
Araşdırma apardığımız zamanı bir sıra maraqlı nüaslar ortaya çıxıb. Məlum olub ki, baş direktor Ədalət Həsənov Baş Prokrorluğun barəsində araşdırma apardığı şəxsi – yəni adi tibbi ekspert Cavid Cahangirlinin səlahiyyətlərini məhdudlaşdırmaq əvəzinə, aqibəti bəlli olmayan qalmaqaldan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə məhəl qoymadan onu daha yüksək vəzifəyə -komisyon ekspertizalar şöbəsinə rəis təyin edib.
Mövcud təyinatın Cavid Cahangirlinin hansı müsbət göstəricisinə görə olduğunu öyrənməkdən ötrü “MTE və PAB” phş-nin baş direktoru , professor Ədalət Həsənov KİV haqqında qanun tələblərini pozaraq sorğumuzu cavabsız qoydu.(oxu24.com)



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
15 04 2025
14 04 2025
14 04 2025
14 04 2025
14 04 2025
14 04 2025
14 04 2025
14 04 2025
14 04 2025
14 04 2025