Sosial (20-12-2024, 14:13)
SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi

Mediatv.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli B.V. adlı şəxs hadisəyə görə saxlanılıb.
Belə ki, B.V. restoranda yeyib-içdikdən sonra bir nəfərlə mübahisə edib. Onların mübahisəsi davaya çevrilib. Dava restoranın həyətində də davam edib.
B.V. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qeyd olunan restoranda spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olduğu üçün öz hərəkətlərini dərk etmədiyini, əməlindən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, sözügedən məkan barəsində son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasıya vastələrində kifayət qədər xoş olmayan hala rast gəlmək olar. Bu restoranın icarədarı Vüsalı, administratoru isə Yetər adlı şəxsdir.
Onları hər kəs Vüsal-Yetər cütlüyü kimi tanıyır. Google üzərindən axtarış versəniz onların adlarını xəbər portallarında kifayət qədər qalmaqallarda hallandığının şahidi ola bilərsiniz.
Təxminən 1 il əvvəl restoranın Vüsal adlı icarədarı sərxoş halda restoranda qonaqları təhqir etdiyi üçün Həsən adlı şəxs və onun dostları tərəfindən döyülmüşdü

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025