Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-12-2024, 11:34)
Elşad Abdullayevin erməniləri maliyyələşdirən oğlu niyə Azərbaycana ekstradisiya olunmur?

 Redaksiyamın elektron ünvanına Rusiyanın Moskva şəhərində yaşayan həmreylimiz Fuad Rzayev tərəfindən məktub daxil olub. Məktubda iddialar şok doğurduğu üçün hörmətli oxucularımıza da təqdim edirik:
Əlbəttə ki, ailənin bir üzvünün yol verdiyi qanun pozuntularına və hətta törətdiyi cinayət əməllərinə görə həmin ailənin digər üzvləri qanun qarşısında qətiyyən məsuliyyət daşımamalıdırlar. Bu ali baza prinsipi bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycan qanunvericiliyində də öz əksini tapıb. Amma bir məsələdə var ki, məsələn, ailə başçısının cinayət əməllərində ailənin digər fərdləri də iştirak edirlərsə, bu zaman artıq məsuliyyətə onlar da cəlb olunmalıdırlar. Xüsusən də bu cinayət əməllərində dövlət əleyhinə, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün toxunulmazlığına qarşı yönəlmiş elementlər aşkar olunarsa, artıq belələrinə qarşı qanunlarımızın ən sərt maddələrinin tətbiq olunması şərtdir.Əks halda biz həm gələcək nəsillər qarşısında üzərimizə böyük məsuliyyət götürmüş olarıq və eyni zamanda da torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarına xəyanət etmiş olarıq.
Heç kim üçün sirr deyil ki, bu gün bəzi Qərb dövlətlərində mövcud olan anti-Azərbaycan qüvvələri ölkəmizin əldə etdiyi qələbələr, günü-gündən artan beynəlxalq nüfuzuna və möhkəmlənən mövqelərinə son dərəcə qısqanclıqla yanaşırlar. Bəzi ermənipərəst dairlərdə isə Azərbaycanın uğurları açıq-aşkar fobiya yaradır. Təbii ki, iki il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə erməni-faşist ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” fantastik layihələrini, eləcə də bizim ərazilərdə ikinci erməni dövlətinin yaradılmasını nəzərdə tutan absurd planı birdəfəlik tarixin zibilliyinə atan Azərbaycana qarşı indi bu qüvvələrin öz hücumlarını daha uzaq məsafədən, məsələn elə bəzi Avropa ölkələrində yerləşən ofislərdən davam etdirəcəyi gözlənilən idi. Həm də bu hücumlar aydındır ki, daha çox “siyasi-ideoloji” cəbhədə, elektron informasiya vasitələri üzərindən təşkil olunur. Əslində ölkəmizə qarşı ideoloji müharibə hər zaman aparılıb və təəssüflər olsun ki, bütün dövrlərdə də bu müharibədə düşmən tərəfində yer alan xəyanətkarlar mövcud olub. Düşmən qüvvələr bu ünsürlərə müəyyən təzminatlar ödəməklə onların ölkəmizə və xalqımıza qarşı şər və böhtan dolu çıxışlarını dünyaya siyasi müxalif baxışlar kimi təqdim etməyə çalışıblar.
Uzun illərdir ki, Fransada yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin də vəziyyəti təxminən bu sxem əsasında formalaşıb. Məlumdur ki, E.Abdullayev barəsində hələ bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. Təkcəbir epizodla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2021-ci ildə verilmiş rəsmi məlumata əsasən, E.Abdullayev AR CM-nin 137.3 və 308.2 maddələri ilə2013-cü ildə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin istintaqdan qaçıb gizləndiyinəgörə, barəsində axtarış elan olunmuşdur.Bu şəxsin Fransa hökuməti tərəfindən hələ də Azərbaycana təhvil verilməməsi isə ölkəmizə qarşı tətbiq edilən ikili standartların ən bariz təzahürüdür. Azərbaycan qoşulduğu konvensiyalarda üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən “Ekstradisiya haqqında” Avropa Konvensiyasına əsasən öhdəlikləri yerinə yetirdiyi halda, digər ölkələr bunu etmirlər. Halbuki bir sıra ölkələrdə baş verən hadisələrlə əlaqəli dərhal qərar çıxarırlar. Azərbaycan gəldikdə isə beynəlxalq hüquq yaddan çıxır, digər məsələlər ön plana çıxmağa başlayır.
Halbuki, Elşad Abdullayevin və onun ailə üzvlərinin Azərbaycana qarşı əməlləri artıq sadəcə şər-böhtan kampaniyalarının təşkili ilə məhdudlaşmır. Bir müddət bundan əvvəl internet resurslarında yayımlanan məlumatlarda Elşad Abdullayevin oğlu Elşən Abdullayevin Moskvada ermənilərlə əməkdaşlığına dair sübut və dəlillər dərc olunmuşdu.  Qeyd olunmuşdu ki, Elşən Abdullayev Moskvada ikili vətəndaşlıq alıb. Hal-hazırda orada məskunlaşıb və ailəsindən ayrı yaşayır. Elşad Abdullayevin oğlu evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub. Lakin ən məlumatlarda əksini tapmış ən ciddi ittiham bu idi ki, Elşən Abdullayevlə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızı arasında notarial qaydada borc müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Sarkisyanın qızına 4.5 milyon rus rublu civarında pul ödənib.
Bu pulun rəsmi olaraq hansı məqsədlə ödəndiyi göstərilməsə də, ermənilərin ondan necə istifadə edəcəkləri heç kimdə şübhə doğurmur. Belə məlum olur ki, Elşad Abdullayev və oğlu Elşən Abdullayev artıq xarici ölkələrdə inkişaf etdirdikləri bizneslərindən əldə etdikləri gəlirləri hesabına birbaşa Azərbaycanla müharibə şəraitində olan (nəzərə alaq ki, Ermənistanla Azərbaycan arasında hələ də sülh müqviləsi imzalanmayıb) erməniləri maliyyələşdirməkdən belə çəkinmirlər. Xatırlayırsınızsa, bir müddət əvvəl E.Abdullayevin Azərbaycan əleyhinə fəaliyyətindən bəhs olunan materiallarda onu daha çox ermənipərəst qüvvələrin himayəsində olan bir şəxs kimi təqdim edirdilər. Görünür bu vəziyyət artıq dəyişib və yeni “status”da Abdullayevlər artıq özləri erməniləri himayə etməyə açıq-aşkar səylər göstərirlər. Əlbəttə ki, bu kimi əməllər qətiyyən cəzasız qalmamalıdır və dövlət əleyhinə fəaliyyətləri artıq şübhə doğurmayan Abdullayevlər dərhal Azərbaycana ekstradisiya olunmalıdırlar.

Parisdə İNTERPOL-un  mənzil qərargahının yerləşdiyi küçədə 15 RUE ANDRE CHENIER, ERA, 91540 MENNECY, PARIS, ünvanında yaşayır və davamlı olaraq  Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü il iyunun 25-də Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində Elşad Abdullayevin istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib
Fuad Rzayev,
MOSKVA
P.S. Fransada yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və Elşən Abdullayev haqqında dəşətli məlumatlar gəlmək də davam edir. Bütün bunları nəzərə alıb məktubu hissə-hissə sizlərin ixtiyarına verəcəyik.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024