Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 18:17)
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA

 

“Bakı Abadlıq Xidməti MMC” ilə bağlı redaksiyamıza informasiyalar daxil olub.
"Ajans"-ın əldə etdiyi məlumata görə, şirkətin işçiləri bildirib ki, qurum fəaliyyətini dayandıracaq və başqa bir korporasiyanın tərkibində fəaliyyət göstərəcək. Bundan əlavə, “Bakı Abadlıq Xidməti MMC” artıq bir neçə layihəsini də dayandırıb.

İddiaya görə, şirkətin əvvəllər gül əkmə layihəsi olub. Sakinlərin saytımıza bildirdiyi məlumata görə, həmin proqram çərçivəsində Bakı kəndlərində yaşayan sakinlərə gül dibçəkləri verilirdi və sakinlər də güllərin baxımına nəzarət edirdi. Buna görə də proseduru yerinə yetirən şəxslərə hər ay pul ödənişi baş tuturdu. Lakin indi pul ödənilmir və layihə dayandırılıb.

Mənbə bildirir ki, “Bakı Abadlıq Xidməti MMC” Balaxanı ərazisində həyət evlərində boş qalan əraziləri sakinlərdən icarəyə götürürdü. İndi isə sakinlər deyir ki, icarə pulunun ödənilməsi də həyata keçirilmir.

Həmçinin bizimlə əlaqə saxlayan mənbə iddia edir ki, qurumun xeyli borcu var. Hətta metronun “Koroğlu” stansiyasında yerləşən, “Bakı Abadlıq Xidməti MMC”nin tərkibində fəaliyyət göstərən “Absheron media group” da fəaliyyətini dayandırıb. Fəaliyyətini dayandıran obyektlərdən biri də sözügedən quruma aid olan, Balaxanı qəsəbəsində yerləşən “Bala bitki”dir.

Qeyd edək ki, “Bakı Abadlıq Xidməti MMC”də fəaliyyət göstərən işçilərin əksəriyyəti bildirib ki, onların müxtəlif filiallara köçürülməsi şirkət içində danışılır.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024