Sosial (10-08-2024, 08:43)
"Yeni Klinika"da işdə olmayan həkimin adına onlayn qəbul yazırlar
Jurnalist Mübariz Hacılı "Yeni Klinika"dakı onlayn növbə sistemindən narazıdır.
AFN.az xəbər verir ki, o, bu barədə feyzbuk səhifəsində yazıb. "Yeni Kilinika"nın rəhbəri Barat Yusifova açıq məktub yazan jurnalist növbə prosesində baş verən süründürməçilikdən bəhs edib: "Ailə üzvlərim və mən dəfələrlə "Yeni Klinika"nın xidmətindən istifadə etmişik. Gözəl xidmət və möhtəşəm həkimləriniz var. Ancaq acı olsa da deməliyəm ki, bu günə qədər növbə ilə bağlı bir addım olsun irəliləyiş yoxdur.
Beşinci dəfədir ki, növbə götürürəm, amma qəbzdən yararlana bilmirəm. Onlayn növbə sistemi yaratmısınız, əla. Ancaq iş mexanizmi düzgün qurulmayıb. Mən bir neçə dəfə onlayn növbə sistemindən istifadə etmişəm. Hamısında imtiyazlı şəxslər əngəl yaradıblar. Bu şəxslərin özlərinin imtiyazlarından istifadə etməsini başa düşmək olar, ancaq yaxınlarının da onların imtiyazlarından istifadə etmələrinə çalışmaları qəbul edilən deyil. Təbii ki, onlarla mübahisə etmək də olmur. Ya bunun qarşısı alınmalıdır, ya da onlayn növbə ləğv olunmalıdır. O boyda gözəl işlər görən "Yeni Klinika"nın növbə məsələsini həll etməkdə aciz olmasına inanmıram. Hesab edirəm ki, vəziyyətdən xəbəriniz yoxdur".
M.Hacılı qeyd edib ki, may ayının 25-də qastroenteroloq Ülvüyyə Talıbovanın qəbulunda olub: "Mədəmi müayinə edib bildirdi ki, virus var. Resept yazıb, dərmanların qəbulu başa çatdıqdan sonra müalicənin ikinci hissəsini yazmaq üçün 25 iyun tarixində qəbula gəlməyimi tapşırdı. Bu tarixdə ezamiyyətdə olduğuma görə gələ bilmədim. Sonra Ülviyyə həkim 15 günlük məzuniyyətə getdi. O vaxtdan bu günə qədər beşinci online növbədir ki, mən Ülviyyə həkimin qəbuluna düşə bilmirəm. Birinci və üçüncü günlər həkimin qəbul günü deyil. Qalan dörd gün qəbul günüdür. Bu dörd günün dördünə də növbə götürmüşəm ki, bəlkə birində həkimin qəbuluna düşə bilim. Hamısında deyirlər ki, axşam qəbulda olub, bu gün olmayacaq. Başa düşürəm həkim gecə qəbulda olubsa gündüz işləyə bilməz. Amma elə bir sistem qurmaq lazımdır ki, həkimin olmayacağı gün qəbul günü kimi yazılmasın. Birinci və üçüncü gün qəbul günü olmadığı kimi, gecə növbəsində olduğu günlər də qəbul gün olmadığı sistemdə qeyd olsun. Beşinci dəfədir işdən icazə alıb qəbula gəlirəm, nəticə sıfır. Həm işimdən oluram, həm də həkimin qəbuluna düşə bilmirəm".
Jurnalistin sözlərinə görə, ona hər dəfə bildirilir ki, Ülvüyyə həkim yoxdur, başqa həkimin qəbuluna yazılsın: "Mən də hər dəfə eyni cavabı verirəm: öz həkimimin qəbuluna düşmək istəyirəm. Ülvüyyə həkim məni müayinə edib və problemimi daha yaxşı bilir. Xırda maneəyə görə mənə yüksək səviyyədə xidmət edən həkimi nəyə görə başqa həkimə dəyişməliyəm?
Az qalıb ki, iki aydır eyni səbəblə Ülviyyə həkimin qəbuluna düşə bilmirəm. Bu gedişlə mədəm ilə vidalaşacam. Qəbula düşə bilsəm belə bəlkə də, həkim birinci müalicəni yenidən yazacaq, çünki ikinci müalicəyə vaxtında gedə bilmədim".
Klinikanın mövqeyini verməyə hazırıq. Qeyd edək ki, TƏBİB-ə "Yeni Klinika" ilə bağlı ünvanladığımız əvvəlki sorğu cavablandırılmayıb.
AFN.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024