Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-08-2024, 18:05)
“Azərişıq”ın “Sayğacların test-təmir laboratoriyası”nın idarəetməsi Metrologiya İnstitutuna ötürülüb

“Azərişıq”ın “Sayğacların test-təmir laboratoriyası”nın idarəetməsi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ (AzMİ) və “Azərişıq” ASC arasında müqavilə imzalanıb.

Sənədə əsasən, “Azərişıq” ASC-nin “Sayğacların test-təmir laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçiriləcək. Müqavilənin 2024-cü ilin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Göstərilən tarixdən etibarən elektrik sayğaclarına metroloji xidmət Azərbaycan Metrologiya İnstitutu tərəfindən təmin ediləcək.

Məlumat üçün bildirək ki, sözügedən laboratoriyada əhali və qeyri-əhali istehlakçıları tərəfindən istifadə olunan sayğacların yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, müxtəlif tipli elektrik sayğaclarının təmiri və kalibrlənməsi işləri icra olunacaq. Həmçinin elektrik sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək.

Sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın müstəqil tərəfin nəzarətinə ötürülməsi həm istehlakçının, həm də elektrik təchizatçısının mənafelərinin müdafiəsinin gücləndirilməsinə xidmət edir. Müvafiq laboratoriyanın AzMİ-nin idarəetməsində olması ilə ölçmə vasitələrinin yoxlanılması işlərinin metroloji tələblərə uyğun həyata keçirilməsinə nəzarət artırılacaq. Bu da öz növbəsində ümumi proseslərin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına, məişət istehlakçılarının və sahibkarların hüquqlarının qorunmasına töhfə verəcək.

Qeyd edək ki, 2024-cü il 1 yanvar tarixdən “Azəriqaz” İB-yə məxsus olan “Sayğacların müayinəsi laboratoriyası” Azərbaycan Metrologiya İnstitutunun idarəetməsinə ötürülüb. Gələcəkdə bu prosesin digər kommunal xidmət sahələrini də əhatə etməsi nəzərdə tutulub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024