Sosial (6-08-2024, 16:39)
“YapıKredi Bank” həbsdəki məşhur iş adamının 2 milyon yarımlıq evini əlindən alıb - "özününküləşdirib"...
“Yapı Kredi Bank Azərbaycan” 3 ildən çoxdur həbsdə olan iş adamı – “İdeal” parfümeriya mağazaları şəbəkəsinin sahibi İlqar İsmayılovun 2 milyon yarımlıq evini əlindən alıb.
Bizimyol.info xəbər verir ki, İlqar İsmayılov evinin əlindən alınmasıyla əlaqədar məhkəməyə müraciət edib. O, ərizəsində göstərib ki, bankın bu addımı qanunsuzdur.
Sözügedən ev Nərimanov rayonunda yerləşir, sahəsi 248 kvadrat metr olan 5 otaqlı mənzildir. Məhkəmə bu əmlakın ilkin satış qiymətini 2 milyon 480 min manat müəyyənləşdirsə də, “YapıKredi Bank” onu təxminən 1 milyon manat aşağı - 1 milyon 581 min manata "özününküləşdirib".
İş adamı həbsindən əvvəl bu bankdan kredit götürərək, “İdeal” mağazalarının sayının artırılmasına, şikrətin infişafına yönəltdiyini deyir. Onun sözlərinə görə, həmin vaxt AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva “İdeal”ın səhmlərinin yarısını artıq almışdı və şərik idilər. Razılaşmışdılar ki, İlqar İsmayılov öz adına kredit götürsün, şirkətə yönəldilsin və hər ay da şirkətin gəliri hesabına kredit ödənilsin. Bir neçə ay belə olsa da, sonradan Zərifə Həmzəyeva ilə münasibətlər korlanıb. Onun sözlərinə görə, Cahangir Əsgərov və həyat yoldaşı şirkəti tam şəkildə ondan almaq istəyib, lakin o, razılaşmayıb. Belə olan halda, onu şərləyərək, öz şirkətində mənimsəmədə ittiham edib, həbs elətdiriblər. Həbsdə olduğu dövrdə şirkətdəki qalan payından da imtina etməsi haqda sənədlərə qol çəkdirəndən sonra buraxıblar, barəsindəki cinayət işinə isə xitam veriblər.
Həbsdən buraxılandan sonra başına gələnlər barədə - təkbaşına qurduğu şirkətin zorla əlindən alınması, bu məqsədlə şərlənib həbs olunması barədə müxtəlif dövlət orqanlarına, məhkəməyə şikayət edib. Şikayətlərindən sonra 2021-ci ilin aprelində onu yenidən həbs ediblər. O vaxtdan da həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.
İlqar İsmayılov bildirir ki, şirkəti əlindən alınandan sonra gəlirlərdən də məhrum olub, krediti də nə özü ödəyə bilib, nə də Zərifə Həmzəyeva. Belə olan halda, İlqar İsmayılov həbsdə olduğu dövrdə “YapıKredi Bank” kreditlə əlaqədar məhkəməyə müraciət edib, borcun İlqar İsmayılovun 5 otaqlı sözügedən evinə yönəldilməsini istəyib.
Qeyd edək ki, kredit ödənişi dayananda İlqar İsmayılovun banka 368 min dollar borcu olub. Bank bu 368 minlə yanaşı, 7 min dollar da faiz və cərimə tələb edib. Məhkəmə bankın 375 min dollarlıq tələbini təmin edib, bu borc “Nərimanov”dakı 5 otaqlı mənzilə yönəldilib. Qərar verilib ki, mənzil hərracda satılsın, oradan əldə olunan pulla banka olan borc ödənilsin, qalanı isə mənzil sahibinin özünə və yaxud da ailəsinə verilsin. Məhkəmə hərracda əmlakın ilkin satış qiymətini isə öz qərarında 2 milyon 480 min manat müəyyənləşdirib.
Lakin bank bu mənzili məhkəmənin müəyyənləşdirdiyi qiymətdən 1 milyon manat aşağı qiymətə - 1 milyon 581 min manata özünə götürüb. Bundan da banka olan borc, hərrac xərcləri və s. çıxılandan sonra həbsdəki iş adamın ailəsinə çatası təxminən 700 min manat civarında vəsait qalıb.
İlqar İsmayılov həm Hərrac Mərkəzini, həm də “YapıKredi Bank”ı məhkəməyə verib. O, ərizəsində göstərib ki, mənzili dəyərindən kəskin ucuz qiymətə banka verilib ki, bu da qanunsuzdur. Onun sözlərinə görə, bank o mənzili özününküləşdirə bilməzdi.
Cavabdeh tərəflərin heç biri iş adamının iddiasını qəbul etmir. Bank İlqar İsmayılovun mənzilini özününküləşdirməsində heç bir qanunsuzluğa yol verilmədiyini iddia edir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC də iddia edir ki, əvvəl mənzili məhkəmə qərarında göstərilən qiymətə - 2 milyon 480 min manata satışa çıxarıblar. Lakin alan olmayıb. Ona görə də ikinci dəfə hərraca 2 milyon 108 min manata çıxarıblar. Bu dəfə də alan olmadığına görə üçüncü dəfə bankın təklifini qəbul ediblər - 1 milyon 581 min manata ona satıblar.
Məhkəmə iş adamının şikayətini təmin etməyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024