Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-04-2024, 08:38)
ETSN `Baku Steel Company`yə SÖZ DEYƏ BİLMİR?

 


" "Baku Steel Company" zavodunun" tüstü borusundan çıxan təhlükəli maddələr bu gün paytaxtımızın havasını açıq-aşkar zəhərləsə də əlaqədar qurumlar, daha dəqiqi - Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıq-aşkar susmaqdadır. Görünəni odur ki, bu zavodun rəhbərliyi yetərincə ərköyün olduğundan kimsə söz keçirə bilmir. Dia-az.info bildirir ki, əgər belə olmasaydı, bu zavoddan ətrafa sutkanın 24 saatında zəhərli tüstü ixrac olunmazdı...

"İllərdir beləcə davam edir. Tüstü borusu da yoxdur ey elə bil. Tüstü zavodun hər yerindən çıxır. Orda insanlar necə işləyir o da ayrı bir dərddir". Dia-az.info bildirir ki, bunu isə ekofəallar yazaraq məsələyə gərəkən qurumların diqqətini cəlb etmək istəyirlər.

ETSN `Baku Steel Company`yə SÖZ DEYƏ BİLMİR?

Onların müraciətində deyilir: "Dəfələrlə bu məsələni diqqətə çatdırsaq da, heç bir fərqi yoxdur. Küləyin istiqamətindən asılı olaraq şəhərin yaşayış massivlərinə yayılır. Bu toksik çirklənmədir. Heç bir normal şəhərdə belə zavod fəaliyyət göstərməz.

COP29 ərəfəsində fasilə edəcəklərinə o qədər əminəm ki... Qonaqlar görməsin ayıbdır. Amma biz bu tüstüdə nəfəs alsaq olar..."

Qeyd edək ki, bu olaya sözügedən zavodun mütəxəssisi kimi çalışmış, hazırda isə orda işləməyən Alqış Eminli də münasibət bildirib. Dia-az.info olaraq onun da rəyini təqdim edirik:

"Binəqədi BPTdə 7 ildən çox işləmişəm. Burda da ("Baku Steel Company") 1 ilə yaxın. İndi işləyən soba 2014 də Almaniyadan gətirilib, bütün tüstü ixrac sistemi ilə birlikdə. Əllərimlə yığmışam)
Görünür sadəcə profilaktik təmizləmə aparılmır. Ən vacib isə metal olsun deyə nə gəldi yandırılır. Vaxt olub, Binəqədidə işləyəndə bir soba dolu 15 ton snaryad əritmişəm). Şixtə təmizlənmir. Və ixrac sistemi təmizləmək üçün soba durmalıdır. Bu da istehsalatdan geri qalma deməkdir. İstehsalat da Kral ailəsinə məxsusdur. Yəni qısası, bütün infrastruktur, ekologiya və insan üçün hər şey Azərbaycanda madiyyata və rüşvətə qurban gedib".

Məsələ diqqətimizdədir...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024