Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-04-2024, 08:59)
Bağça və məktəblərin müsabiqə ilə şagird "seçim"i qanuni deyil... - NƏ ETMƏLİ?

Bağça və məktəblərin müsabiqə ilə şagird "seçim"i qanuni deyil...
Milli Məclisin deputatı Siyavuş Novruzov maraqlı bir məsələyə toxunub. Deputat qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin sayı əhatə dairəsinə görə Bakıda 25%, rayonlarda 10%-i keçmirsə, bu uşaq harda təhsil almalıdır?
“Hindistanda belə qanun var idi ki, ancaq varlılar oxuya bilər. Vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağın birinci sinifdən qeydiyyatdan keçirməyə. Böyük "ansambıl" düzülüb, müsabiqə keçirirlər. Nə müsabiqə keçirir? Hansı qanunda göstərilib? Hərə özündən qanun qəbul edib, təhsilə mane törətməsin”, - deyə Siyavuş Novruzov bildirib.

Bu gün uşaqları birinci sinifə müsabiqə yolu ilə qəbul edirlər. Əvvəllər xüsusi məktəblərdə, liseylərdə və gimnaziyalarda müsabiqədən keçən uşaqları məktəbə qəbul edirdilər. İndi isə….

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda qanunlar özəl təhsilin payının artmasına şərait yaratmır. Ekspertin fikrincə, mümkün qədər özəl təhsilin payını artırmağa imkan yaratmaq lazımdır.

“Özəl təhsilin də payını artırmaq o deməkdir ki, dövlət bu təhsili indiki ödənişli versiyalarla yarada bilmir deyə insanlar özəl təhsildən faydalanır. Bu da sosial dövlət anlayışına zidd olur. Əgər əhalinin rifahı yaxşılaşarsa, rayonlarda xüsusilə də özəl təhsilə təlabat artar. Belə olarsa, məktəbəqədər səviyyədə təhsi təklif edən özəl təhsil müəssələrinin sayı artar, onlardan təhsil xidməti alan valideynlərin sayı da artar və beləcə qarşılıqlı balans yaranar. Yox, əgər biz belə düşünmürüksə, sırf sosial dövlət anlayışına uyğun təhsil xidmətlərini dövlətin verməyinin tərəfdarıyıqsa, o zaman mütləq məktəbəqədər təhsil müəssələrinin dövlət tərəfindən sayının artırılması lazımdır.

Bu müəssisələrin sayının 10%-i keçməməsi acınacaqlı bir haldır. Bakıda 25%-i keçməməsi acınacaqlı bir haldır. Mütləq mənada dövlət bu işə büdcə ayırmalıdır. Büdcə ayrılmalıdır ki, məktəbəqədər müəssisələrimizin sayı artsın və uşaqların məktəbəqədər təhsil müəssisələrinə gəlişi artırılsın. İmkan yaradılsın və keyfiyyət də yüksək səviyyədə olsun”-deyə ekspert bildirib.

Qoşqar Məhərrəmov deputatın birinci siniflərə qəbulla bağlı iradına da fikir bildirib. Ekspert deyib ki. Deputat bu fikrində çox haqlıdır.

“Müsabiqə keçirmək bağçada heç olmaz. Çox tələb edilən, insanların canla-başla, hər bir vəchlə uşağını qoymaq istədiyi bağçalar, məktəblər müsabiqə keçirir. Bu, qanuni deyil. Yəni kim əvvəlcə müraciət edirsə, onun övladı bağçaya qəbul etməlidir. Sadəcə valideyn bunu bilmədiyi üçün, öz haqqını, hüququnu bilmədiyi üçün müdafiə də edə bilmir. Halbuki hamı övladını yaşadığı ərazidə yerləşən məktəbə yazdıra bilməlidir. Məktəb doludursa, o zaman başqa bir məktəbə getməlidir. Məktəb yoxdursa o zaman artıq bu dövlətin problemidir ki, dövlət yeni bir məktəb açmalıdır.

Hazırkı vəziyyətdə müsabiqə keçirilməsi doğru deyil. Məktəblərin 1-ci sinifə qəbul mərhələsində müsabiqə keçirməsi qətiyyən doğru deyil. Liseylərə qəbul bu istedadlı şagirdlərlə bağlıdır. Burada müsabiqə keçirilir. Bunu başa düşə bilərik. Amma 1-ci sinifə qəbuldan müsabiqəni başa düşə bilmərik.

Rus dili ilə bağlı müsabiqə keçirilir. Bu, qəbulediləndir. Çünki insanlar deyir ki, “mən evimdə rus dilində danışıram, ona görə də mənim övladımın haqqıdır ki, rus dilində təhsil alsın”.Həqiqətən də rus dilində danışırmı ki, gəlib dövlətdən də rus dilində təhsil istəyir. Bunu yoxlamaq olar. Amma ümumi akademik səviyyəni yoxlayıb, elə götürmək və uşağı indidən daha təhsilin ilk pilləsində seçmək, qruplaşdıraraq ayırmaq, onlara diskriminasiya etmək heç doğru bir addım deyil. Təhsil hamıya əlçatan olmalıdır. Təhsildə bərabər imkanlar təmin olunmalıdır”-deyən Qoşqar Məhərrəmov əlavə edib ki, təhsildə sosial ədalət və sosial bərabərlik prinsipləri həmişə hər bir müəllim, direktor tərəfindən vacib məsələ olaraq nəzərdə tutulmalıdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024