Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-04-2024, 08:35)
Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi

          
Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

NUH.az-a daxil olan müraciəti olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya,

Surəti: Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə xanım Əliyevaya,

Surəti: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə

Surəti: Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şürasının sədri cənab İnam Kərimova

Surəti:Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova

Abbasova Fidan Loğman qızı ( Ünvan: Bakı şəhəri, Xətai rayon, Xocalı prs ev 29, mənzil 179 ) tərəfindən

MÜRACİƏT



Bir qadın, bir ana, bir Azərbaycan Respublikasının vətəndaşı kimi Son ümidim olan Siz ölkə rəhbərinə müraciət edirəm. Qarşıladığım haqsızlıqlar və mənə qarşı edilən təzyiqlərdən Sizə sığınmaqdan başqa çarəm yoxdur.

İsmayılzadə Orxan Mikayıl oğlu ilə faktiki nikahımız 2012-ci ilin may ayında baş tutmuş və faktiki nikahımızı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşamışıq. Birlikdə yaşadığımız müddətdə 2012-ci ildən başlayan faktiki ailə münasibətlərimiz 03 sentiyabr 2016-cı il tarixədək davam etmişdir. Faktiki nikahımızdan 05 may 2015-ci il tarixdə Nil adlı övladmız anadan olmuş, lakin cavabdeh uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşməmiş, nə də atalığı qəbul etməmişdir. Bəhanə olaraq bildirmişdir ki, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Belə ki, Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi.

Tərəfimdən həmin vaxt Sabunçu rayon Məhkəməsində iddia qaldırılaraq övladımın atasının müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə prosesinin gedişatında İsmayılzadə Orxan Mikayıl oğlu və atası Mikayıl İsmayılov şəxsən özü mənimlə görüşərək onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etmiş və bildirmişdilər ki, əgər iddiamı geri çəksəm Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcəkdir.

Onların yalan vədinə inanıb ərizəmi məhkəmədə geri çədim. Həmin vaxt məni aldadaraq iddiadan imtina etdirdilər. Daha sonra isə verdikləri vədə əməl etməyib mənə artıq-əskik nəsə danışsam ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar.

2022-ci ildə övladımın atasının müəyyən edilməsinə dair vermiş olduğum iddia ərizəsi Sabunçu rayon Məhkəməsində təmin edilmişdir. Lakin həmin qətnamədən şikayət verilmiş və işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman mənə məlum olmuşdur ki, mənim ilk dəfə 2017-ci ildə vermiş olduğum iddia tələbim üzrə məhkəmə icraata xitam vermişdir. Belə bir qərarın olması isə yalnız və yalnız 2023-cü ildə mənə məlum olmuşdur.

Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadından 03 oktyabr 2023-cü il tarixdə şikayət və buraxılmış müddətin bərpa olunması barədə ərizə vermişəm.

Sabunçu rayon Məhkəməsinin qərardadı ilə ərizə təmin edilməmiş, həmin qərardaddan verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1885/2024 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı işi üzrə 30.10.2023-cü il tarixli qərardadı ləğv edilərək;

İddiaçı Abbasova Fidan Loğman qızının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı işi, 12 may 2017-ci il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Bakı Apellyasiya məhkəməsi ədalətli mövqe sərgiləməklə nəinki qanunsuz qərarı ləğv etmiş eyni zamanda öz qərarında 1-ci inistansiya məhkəməsinin qarşısına bir sıra tapşırıqlar qoymuşdur.

Belə ki, Bakı Apellyasiya məhkəməsi özünün hüquqi mövqeydində qeyd etmişdir ki;

Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, ərizəçinin əsas dəlili qərardadın almaması olmuş, məhkəmə isə Abbasova Fidan Loğman qızının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadını qəbzə şəxsən imza etməklə 12 may 2017-ci il tarixdə qəbul etməsi əsası ilə ərizəni təmin etməmişdir. Kollegiya hesab edir ki, qeyd ediən dəlil yoxlanılmadan, formal baxımdan ərizənin qeyd edilmiş əsasla rədd edilməsi mülki prosessual baxımından yolverilməzdir. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Ərizəni yenidən araşdıran məhkəmə (səlahiyyətləri ona aid olan) qanunvericiliyə müvafiq qəbzin məzmununa qiymət verməklə, orda olan imzanın kimə məxsusluğunu araşdırmalı, habelə məhkəmə tərəfindən məhkəmə aktının çatdırılması üzrə vəzifələrin həyata keçirilməsini yoxlamalı, ondan sonra çəkişmə şəraitində müddətin ötürülməsinə, ötürüldüyü təqdirdə onun üzrlü hesab edilibedilməməsinə qiymət verməlidir.

Bildirmək istərdim ki, hazırda iş sabunçu rayon Məhkəməsinin hakimi cənab Ruslan Mirzəliyevin icraatındadır.

Məhkəmənin 1-ci iclası 29.03.2024-cü il tarixdə keçirilmiş, tərəfimdən işə baxan hakimə həmin iş materialarında olan qəbzin imzalandığı tarixdə mənim Azərbaycan Respublikasında olmadığım bildirilmiş və eyni zamanda həmin qəbzin boş olması bildlirlmişdir. Yəni qəbzdə imza olsa belə həmin qəbzin nə üçün və hansı səbəbdən verilməsi göstərilməmişdir.

Bundan əlavə iş materiallarında məhkəmə qərardadının MPM-nin tələbləri baxımından göndərilməsi və çatdırılmasına dair heç bir sübut olmadığı və bu halın Apellyasiya Məhkəməsi tərəfindən təsdiqləndiyi də məhkəməyə bildirilmişdir.

Məhkəmənin növbəti iclası 18.04.2024-cü il saat 15:45 təxirə salınmışdır.

29.03.2024-cü il tarixdən sonra yenə qarşı tərəfdən Orxan İsmayılzadə və havadarları mənə təziq və təhdidlər etməyə başlanmış, müxtəlif mobil nömrələrdən və sosial şəbəkə hesablarından sms-lər və zənglər edilərək, “Mikayıla heç kim heç nə edə bilməz, Güc bizdə, hörmət bizdə, qalan hər şey bizdədi bunu bütün ölkə bilir. Çaşma ağıllı ol. Sən də Ata Abdullayev kimi sroka getmək fikrin var. Onun düşdüyü duruma səni də salarıq”. tipli təhdid mesajları göndərirlər.

Mənə hədə-qorxu gəlməklə məhkəmədə övladımın haqqını axtarmamağım, əks halda məni çox ciddi problemlərin gözlədiyi bildirilir.

Orxan İsmayılzadə və atası Mikayıl İsmayılov öz nüfuzundan istifadə etməklə dövlət orqanlarına müdaxilələr etməyə çalışır və məni çarəsiz vəziyyətə qoyurlar.

Cənab Heydər Əliyevin gözəl bir kəlamı var.

Dövlət iki şeydən sarsılar:

1. Günahsıza cəza veriləndə.

2. Günahkar cəzasız qalanda.

Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında” 18 mart 2019-cu il tarixli qərarında qeyd edir ki, “iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri).

Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır”.

Göründüyü kimi 2017-ci ildə Sabunçu rayon Məhkəməsinin hakimi Anar Rzayev tərəfindən həm Mülki Prosesual Məcəllənin tələbləri pozulmuş, eyni zamanda onun tərəfindən qəbul edilmiş qərarad Konsititusiya Məhkəməsini qərarına zidd olmuşdur.

Belə ki, ölkəmizdə uşaq hüquları hər şeydən üstündür və birbaşa dövlət tərəfindən qorunur. Mən hazırda tək ana olaraq qız övladı böyüdürəm və istəmirəm ki, övladım atasının kimliyinin qeyd edilməməsi onun taleyinə ləkə olsun. Axı faktiki olaraq onun atası var.

Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Azərbaycan Respublikası Konsititusiyası Azərbaycan Respublikası vətəndaşlarının azadlıqlarına onların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsidə göstərilir: “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”.

Qeyd edim ki, özüm hərbiçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir.

Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın.

Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil.

Sizdən şikayətimin araşdırılması və nəzarətə götürülərək ədalətin bərpa edilməsində mənə köməklik etməyinizi xahiş edirəm.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

NUH.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024