Sosial (30-03-2024, 14:42)
“Embawood”un sahiblərindən olan Aytac Qasımova ilə Günay Səmədova yeni obyekt tikirlər

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, obyektin tikintisinə 28 dekabr 2023-cü il tarixli ETİ-93/23 saylı sənəd əsasında icazə verilib.
Açıqlanan məlumatlarda göstərilir ki, 10 fevral 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-520/2023 saylı, həmçinin 14 mart 2023-cü il tarixində tikinti layihəsinə dair BER-22/082 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən obyekt 1 mərtəbəli və tikinti sahəsi 580 kv. metr olacaq.
Məlumat üçün bildirək ki, obyektin tikintisinə icazə alan şəxslər – Aytac Mehdi qızı Qasımova və Günay Mehdi qızı Səmədova mebel istehsalı və satışı sahəsində ölkənin ən böyük şirkətlərindən biri olan “Embawood”un təsisçiləridir. Adları qeyd olunan şəxslərin hər biri “Embawood” MMC-də 10%-lik paya sahibdirlər. Onlar 20%-lik payı 2018-ci ildə əldə ediblər. Onu da qeyd edək ki, “Embawood” MMC-nin əsas pay sahibləri millət vəkili Məşhur Məmmədov və Elşad Abbasovdur. Açıqlanan sonuncu məlumata görə, “Embawood” MMC-nin pay sahibləri aşağıdakı şəxslər olub:
Elşad Abbasov İnşalla oğlu – 23%
Məşhur Məmmədov Şahbaz oğlu – 23%
Polyakova Tamara – 24%
Həsənova Nərminə Altay qızı – 10%
Səmədova Günay Mehdi qızı – 10%
Qasımova Aytac Mehdi qızı – 10%

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
“Qanlı göl”ün yerində binalar tikən “Kristal Abşeron” tikinti şirkəti ilə sakinlər arasında qalmaqal
1 08 2025
1 08 2025