Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-03-2024, 12:35)
Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb? - Zərəçəkən bəzi məmurlardan şübhələnir

Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?
Təxminən bir ay əvvəl idi, başım Rusiyadan ünvanıma edilən, sonradan ictimailəşdirdiyim məlum təhdidlə bağlı bərk qarışıq idi. Birdən yadıma düşdü ki, İSBAM sədri, dostumuz Samir Adıgözəlli niyə bu mövzu ilə bağlı mənimlə əlaqə saxlamayıb? Axı, ola bilməzdi ki, Samir bəy belə mövzularla bağlı məni axtarmasın.

Nömrəsini yığdım, zəng çatmadı. “Votsap”a mesaj yazdım cavab vermədi. Bir neçə dəfə təkrarladığım bu cəhd səmərəsiz oldu. Bərk narahat oldum. Doğmaları ilə əlaqə yaratdım, dedilər ki, Samir bəy Türkiyədədir, telefonunda problem yarandığı üçün, heç kimlə əlaqə yarada bilmir.

Çox narahat qaldım və nədənsə bu versiya ağlıma batmadı. Hiss etdim ki, Samir bəylə bağlı nəsə problem var. Onun Türkiyədəki bir dostunun nömrəsini əldə edib, əlaqə saxladım. Adam dedi ki, Samir bəyin vəziyyəti, psixoloji durumu yaxşı deyil. Xahiş etdim ki, məni onunla danışdırsın.

Dedi ki, Samir bəy başqa şəhərdədi, müalicə alır. Türkiyəli dostu Samir bəyin İstanbul şəhərində bir neçə nəfərin hücumuna məruz qaldığını, möhkəm döyüldüyünü, həttə ona bıçaqla yüngül xəsarətlər yetirildiyini dedi. Özü ilə şəxsən danışa bilmədiyim üçün bu barədə nəsə yamağa lüzum görmədim. Çünki belə ciddi mövzunu xəbərə çevirmək üçün, mütləq mənada adamın özündən mövqe öyrənməlisən.

Bir neçə gündən sonra Samir bəy başqa bir nömrə ilə mənimlə əlaqə saxladı. Həqiqətən Türkiyədə hücuma məruz qaldığını, döyülərək, xəsarətlər aldığını, elə həmin anda hədələndiyini, ona müxtəlif mesajların verildiyini dedi. Çox örtülü danışdı. Ona bu “daşın”haradan atıldığı ilə bağlı təxminlərin olduğu qənaətinə gəldim. Çünki dünyanın ən böyük şəhərlərindən biri sayılan İstanbulda adamı təsadüfən bu şəkildə döyüb, hədələyə bilməzlər.

Samir bəy yalnız onu dedi ki, bu hadisə onun başına dəvət edildiyi bir görüşdən çıxıb, yaşadığı yerə gedərkən gəlib. Həmin basqından əvvəl kiminlə görüşdüyü barədə də nəsə demədi. Təklif etdim ki, özü bu barədə bir açıqlama versin. Nəhayət, Samir bəy qısa da olsa bu barədə danışıb.

Çıxışından hiss olunur ki, bu hücumun ictimai fəaliyyəti ilə bağlı olduğu qənaətindədir. Ancaq yenə detallardan ətraflı bəhs etmir. Yəqin ki, araşdırma aparıldığı üçün belə danışması lazımdır. Ancaq bir onu bilirəm ki, Türkiyə kimi ölkədə, tanınmış bir şəxsə qarşı törədilən belə bir cinayətin üstü bağlı qala bilməz.

Samir Adıgözəlliyə qarşı olan bu cinayət əməlini pisləyirəm və onu təşkil, icra edənlərin müəyyənləşərək, barələrində hüquqi ölçü götürülməsini tələb edirəm. Samir Adıgözəllinin son görüntülərindən də hiss edilir ki, xeyli zəifləyib, vəziyyəti heç də qənaətbəxş deyil.

Yaxşı olardı ki, ölkəmizin rəsmi qurumları da Samir bəylə bağlı mövzunu diqqətdə saxlasınlar. Hücuma məruz qalan İSBAM sədrinin videoçıxışını izləyə bilərsiniz.

Məhəmmədəli Qəribli
AZİNFORUM.AZ


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024