Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-03-2024, 09:35)
Adı Tərtər işində hallanan general Rasim Əliyev haradadır? -

Adı Tərtər işində hallanan general Rasim Əliyev haradadır?
"Son illərin ən çox müzakirə olunan olaylarından olan Tərtər hadisələri ilə bağlı
media və ictimai rəydə bir sıra şəxslərin adı hallanmaqdadır ki, bunlardan da biri
də Müdafiə Nazirliyinin sabiq idarə rəisi general Rasim Əliyevdir". Bu barədə
dia-az.infoya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir:
"Xatırladaq ki, vaxtiylə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji
Təminat İdarəsinə rəhbərlik edən Rasim Əliyev Tərtər işi ilə bağlı məhkəmələrdə
şahid kimi ifadə verib. Məhz bu ifadələr zamanı zərərçəkənlər tərəfindən sabiq
iadrə rəisinə qarşı ciddi ittihamlar səslənib, konkret iddialar yer alıb. Onların
bəzisinə nəzər salaq.
Azpolitika.info saytında 26 iyun 2023-cü il tarixində yer alan məqalədə deyilir:
“Məhkəmədə zərərçəkənlər də, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov da
general Rasim Əliyevin özünü günahlandırıb. İşgəncələrin şahidi olduğu halda,
qarşısını almaqdan ötrü öz səlahiyyətlərindən istifadə etmədiyinə görə onu qınayıb.
“General-mayor deyir ki, gücüm çatdığı qədər müdaxilə elədim. Onda niyə o
vəzifəni tutmuşdunuz? Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət
zəncirinizdə 1000 halqadan 998-ciyəm...”, - təqsirləndirilən Vüsal Ələsgərovun
sözləridir”. (https://azpolitika.info/?p=722714).
Bizimyol.info saytının 26 iyul 2023-cü ildə yer alan məqalədə də Rasim Əliyevə
qarşı açıq ittihamlar var: “Zərərçəkənlər də generalı ittiham edib. Deyiblər ki, o,
vaxtında öz səlahiyyətlərindən istifadə eləsəydi, bu hadisələrin qarşısı alınardı. Baş
verənlərdə onun da rolu var”. (https://www.bizimyol.info/az/news/463367.html).
Rasim Əliyev ötən il məhkəmə priseslərində şahid kimi çıxış etsə də, keçmiş idarə
rəisinin harada olması, hansı işlə məşğul olması kimsəyə bəlli deyil".
İlginc məqama toxunan məqalə müəllifi dia-az.info-ya daha sonra yazır: "Apardığımız
araşdırma nəticəsində məlum olub ki, vaxtiylə “mənəm-mənəm” deyən general bir
ildən çoxdur ki, hörmətli Fatma Səttarovanın rəhbərlik etdiyi Respublika
Veteranlar Təşkilatında “gizlənir”, proseslərin bitməsini gözləyir. Təşkilatda şöbə
müdiri vəzifəsini daşıyan general vaxtı-vaxtında işə gəlib-getmir, əsas vaxtını öz
biznesinin genişləndirilməsinə sərf edir. Xatıladaq ki, general həm də Bakıətrafı
ərazilərdə hektarlarla torpaq sahəsinə malikdir və yaxın çevrəsində daşınmaz
əmlaklarla bağlı “mülk müharibələri” gedir.
Görünən odur ki, Rasim Əliyev məsuliyyətdən və medianın diqqətindən yayınmaq
üçün xalqın böyük sevgisini qazanan Fatma Səttarovanın çətiri altında
daldalanmağa, onun mərhəmətinə sığınmağa çalışır. Ancaq 102 yaşlı qadından
mədət uman general untumamalıdır ki, gizlənmək çıxış yolu deyil. O, etdiklərinə
və etmədiklərinə görə gec-tez qanun qarşısında cavab verməli olacaq".
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024