Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-03-2024, 13:58)
Tamerlan Qarayevin Prezidentə məktubu buna görə imiş... - 31 illik səfir karyerası başa çatır

Tamerlan Qarayevin Prezidentə məktubu buna görə imiş...
Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin diplomat karyerasına son qoyulur. Bununla bağlı qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

XİN-dəki mənbələrdən “Yeni Sabah”a bildirilib ki, Vilnüsdəki diplomatik korpusumuza rəhbərlik edən 72 yaşlı səfir tutduğu postdan öz arzusu ilə getməyə hazırlaşır.

O, yaşının irəlilədiyini, səhhətində bəzi problemlərin yarandığını əsas gətirərək Vətənə dönməyə qərar verib.

Məlumatlı şəxs saytımıza bildirib ki, Tamerlan Qarayevin ötən gün Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamasının da arxasında bu məqam dayanır:

“Azərbaycanın müstəqilliyi tarixində heç bir səfir Prezidentə məktub yazmayıb. Səfirlik təyinatlı postdur, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətindədir. Siyasi təcrübədə təyin edilən şəxsin ölkə başçısını publik təbrik etmək ənənəsi yoxdur. Görünür, Tamerlan Qarayev daha özünü mülki şəxs hesab etdiyi üçün bu addımı atıb”.

Qeyd edək ki, Tamerlan Qarayev ölkədə səfir postunu tutan ən uzunömürlü diplomat sayılır. O, mərhum prezident Heydər Əliyevin 3 sentyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycanın Çin Xalq respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

O, 2001-ci ilə kimi bu vəzifədə çalışıb.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024