Sosial (2-03-2024, 13:38)
Səbayel məhkəməsi 2 milyonluq dələduzluqda ittiham olunan şəxsi azad etdi
Martın 1-də Səbil Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda diqqətçəkən qərar qəbul edilib.
Bu haqda Musavat.com-a iş üzrə zərərçəkənlər məlumat veriblər.
Bildiriblər ki, xanım hakim xüsusilə külli miqdarda yəni– 2 milyon manata yaxın onlara maddi ziyan vurmaqda təqsirli bilinən və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Anar Pənahlının qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edib və 2 milyon manat maddi ziyan vurmuş şəxsi məhkəmə zalından azadığa buraxıb. Görünən budur ki, Anar Pənahlının azadlığa buraxılması zərərçəkən şəxslər arasında çox ciddi narazılıq yaradıb.
Xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan A.Pənahlı barəsində Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 - maddəsi ilə (xüsusilə külli miqdarda) dələduzluq cinayəti ilə bağlı cinayət işi istintaq olunub. İş üzrə Anar Pənahlı tərəfindən vətəndaşlara 2 milyon manata yaxın ziyan vurulmasına baxmayaraq həmin məbləğin vətəndaşlara qaytarılması təmin edilməyib.
Məlumata görə A.Pənahlı ötən ilin dekabrında Azərbaycandan Türkiyəyə gedərkən saxlanıb və istintaqa təhvil verilib. Xüsusilə külli miqdarda dələduzluq işində zərərçəkənlərin sayı 5-ə yaxındır. Onlar sırasında V.Həsənov, F.Qarayev, M.Hüseynli və digər şəxslər var. Belə iddialar var ki, xüsusilə külli miqdarda dələduzluğa görə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulan şəxsin həbsdən azadlığa buraxılması Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun şəxsi təşəbbüsü ilə gerçəkləşib. Bu iddiaya A. Qafarovun münasibətini almaq mümkün olmayıb.
Araşdırmalarımız zamanı belə bir faktla qarşılaşdıq ki, ötən ilin dekabrında hakim Günel Səmədovanın sədrliyi ilə oxşar qərar qəbul edilib. Hakim zərərçəkmiş Rahil Əsgərova qarşı 880 min manat dələduzluqda ittiham olunan şəxsin qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edərək, Ceyhun Zeynalovu 2023-cü il dekabrın 5-də məhkəmə zalından azad edib. Bu da ortaya belə bir sual çıxardır: Səbail Rayon Məhkəməsində külli miqdarda dələduzluq cinayətlərinə görə həbsə alınan şəxslərə xüsusilə loyal münasibətin səbəbi nədir?
A.Pənahlının cinayət işinə gəlincə isə, iş üzrə zərərçəkmiş tərəfin nümayəndələri Məhkəmə-Hüquq Şurasına, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər ali orqanlara bu barədə şikayət ünvanlayıblar.
Yazıda adları hallanan hər kəsi dinləməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024