Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-03-2024, 08:12)
"55 yaşım var, heç kirayəni verə bilmirəm" - Alimdən nazirə CAVAB

"55 yaşım var, heç kirayəni verə bilmirəm"
“Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, "Amma, sözsüz ki, biz də bu prosesə mümkün nəzarəti edirik və edəcəyik".

Emin Əmrullayev vurğulayıb ki, gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik:

“Hazırda bu zalda gənc alimlər arxada əyləşib. Hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik".

Onun sözlərinə görə, xaricdə təhsil alan gənclər artıq ölkəyə qayıdır:

"Bu mənada, onları metaforik mənada ön sıralara çəkməliyik, bundan qorxmamalıyıq. Təkcə vəd verməklə nəsə olmur. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun".

Nazir gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb:

"Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır".

Qeyd edək ki, son vaxtlar bəzi alimlər həllini gözləyən, o cümlədən, əməkhaqqının artırılması, mənzil verilməsi və s. kimi bir sıra problemlərin olmasından şikayətlənirlər. Bir qrup ictimaiyyət nümayəndələri isə son illər bəzi alimlərin fəaliyyətinin zəiflədiyi fikrindədirlər.

Gənc alimlərin evlə təmin edilməkdənsə, yüksək maaş verilməsi onların iş qabiliyyətini artıracaqmı?

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin gənc alimlərlə bağlı səsləndirdiyi fikirlər əslində doğrudur:

“Ancaq məsələnin kökünə getdikdə yaşlı alimləri də nəzərə almaq lazımdır. Belə ki, yaşlı alim həqiqətən alimdir, yoxsa “alverçidir”? Mən institutda çalışıram və hər gün bu mənzərə ilə rastlaşıram. Yəni alimlərin xarakteri, keyfiyyəti ilə bağlı kifayət qədər məlumatım var.

Bu gün gənc alimi təəssüflər olsun ki, o qoca alim yetişdirir. Onlar rüşvətxor, fırıldaqçı, aldadan, saxta dissertasiyalar yazan, onları antimilli ruhda yönləndirən qoca alimlərdir. Mən onların şahidiyəm. Elm və təhsil naziri gənc alimlərin önə çəkilməsini, onlara vəzifə və səlahiyyətlər verilməsini təklif edir. Deyərdim ki, onlara vəzifə verməzdən əvvəl milli vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə verilməlidir.

Məsələn, AMEA-da bir neçə şöbə müdiri, professor var ki, elementar dövlətçilik düşüncəsi yoxdur. Onlar düşünür ki, tərif deyəndə dövlətçi olursan. Ardınca da antikonstitusion işlər görürlər. Məhz onlar Elmi-tətqiqat institutlarını “bazara” çevirir, orada “alver” gedir. Bu gün diqqət yetirdikdə görürük ki, nə qədər alim “istehsal” olunub.

Hara baxırsan fəlsəfə doktorudur. Ancaq işləri sıfır səviyyəsindədir. Bu, iş deyil, bütövlükdə elmə təhqirdir. Onlar gəlir, diplom verilir, cəmiyyətə ötürülür. Nazir bunlardan xəbərsizdirmi? Məncə xəbərsiz deyil. İlk növbədə bu prosesin qarşısı alınmalıdır və sonra biz düşünməliyik ki, gənci irəli çəkək, yer verək.

Əsas qayə ondan ibarət olmalıdır ki, düzgün yol seçək. Düzgün yol üçün də tədbirlər ilk növbədə bu istiqamətdə aparılmalıdır. Yəni neçə rüşvətxor alim, neçə rüşvətxor professor, şöbə müdiri, rektor, prorektor, dekan zərərsizləşdirilib, fərqi yoxdur, neçəsinə töhmət verilib. Əgər belə hallar yoxdursa, nazirin verdiyi təkliflər yalnız havadan asılı vəziyyətdə qalacaq”.

Mənzil probleminə gəldikdə isə, alim deyir ki, kifayət qədər odekvat məvacib olsa, həqiqətən alim olan, gənc və ya qoca olmasından asılı olmayaraq özünün mənzil problemini həll edə bilər:

“Nazir bu təklifi verəndə o reallığı da nəzərə almalıdır ki, hansı alimlərin maaşı artmalıdır. Bir çox alimlər maaşlarının artmasını istəmirlər. Çünki maaş qalxıb 2 min manat olsa, rüşvətxor alim ayda 5-10 min manatı əyri yollarla qazanır və maaş artarsa, ilk növbədə o əyri yolun qarşısı alınmalıdır. Əks təqdirdə maaşın artmasının heç bir faydası yoxdur.

Məsələn, professor var ki, pensiyaya çıxsa indi aldığı maaşdan çox pensiya alacaq. Ancaq o pensiyaya çıxmır. Çünki başqa maliyyə maraqları var. Dissertantlar, doktorantlar, tələbələr, magistrantlar var. Mənim 55 yaşım olsa da, hələ də evsizəm, heç kirayə haqqını verə bilmirəm.Artıq burada maaşdan danışmaq yersizdir.

Gerçək alimlər az da olsa var, çox deyil. Ümumi prinsip ondan ibarətdir ki, elm və təhsil müəssisələrində ilk növbədə rüşvət aradan qalxmalıdır. Maaşın artırılması ilə rüşvət qaldırıla bilməz. Çünki dövlət büdcəsi maaşların o səviyyədə qalxmasına imkan vermir. Bir ilin içində 700 manat alan bir şöbə müdirinin maaşı artaraq 1700 manat olması ağlasığmazdır. Ancaq elm və təhsil müəssisələrində “alverin”qarşısı müəyyyən qədər alına bilər.

Necə olur ki, 700 manat maaşla bir professor, şöbə müdiri, dosent bir neçə evə sahib olur, avtomobilə, lüks həyata malik ola bilir? Bunun mənbəyi araşdıdlmayınca düzəlməyəcək.

Təkliflər də havadan asılı vəziyyətdə qalacaq. Nazir bu kimi məsələləri qaldırsa, daha təsirli, dövlətimizə xeyirli olar. Yığıncaqda bu çıxışlar formal xarakter daşıyır, ortada təklif olaraq qalacaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024