Sosial (29-02-2024, 19:16)
Azərbaycan Dəmir Yolları cənub zonasındakı əhaliyə qatar "göndərmir"
Dünyanın inkişaf yolu seçən ölkələrinin sərnişindaşıma nəqliyyatında dəmir yolu çox əhəmiyyətli yer tutur. Avropanın bu başından o başına qatarla səyahət etmək olur. Hətta Asiyada, Rusiyada uzun məsafəni qət etmək üçün dəmiryolu xətləri var. Azərbaycanda isə olan-qalan da məhv edilir.
Bizimyol.info xəbər verir ki, Bakı-Astara sərnişin qatarı daha fəaliyyət göstərməyəcək. Bu xətt üzrə sərnişindaşıma dayandırılıb. Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov jurnalistlərlə söhbətində yolun yararsız olmasına görə belə qərar verməyə məcbur qaldıqlarını deyib. Onun sözlərinə görə, cənub istiqamətində dəmir yolu xətti qatarla yalnız saatda 20 km sürətlə hərəkət etməyə imkan verir. Səhmdar cəmiyyət isə bunu məqbul saymır.
Rövşən Rüstəmov, cənub istiqamətinə yalnız yük daşımaq mümkün olduğunu bildirib. Qurumun rəhbəri əsaslı yenidənqurma işlərinin həyata keçirilməsinə ehtiyac olduğunu dilə gətirib.
Azərbaycan Dəmir Yolları cəmi 4 istiqamət üzrə sərnişindaşımanı həyata keçirir. Bakının kənd və qəsəbələrinə, eyni zamanda Abşeronun bağlar massivinə getmək üçün yalnız iki xətt var. Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt müəyyən populyarlıq qazanıb. Bundan başqa, hər gün Ağstafaya yola düşən qatarı qeyd etmək olur. Burada sürət heç də qənaətbəxş deyil. Qəbələyə də xətt açılıb. Amma şimala səfər yalnız şənbə günləri baş tutur. Geriyə isə bazar günü qayıtmaq olar.
Gördüyünüz kimi, Azərbaycan Dəmir Yolları sərnişindaşımada məhdud fəaliyyətlə seçilir. Bu boyda səhmdar cəmiyyətin nə işlə məşğul olduğunu anlamaq çətindir. Dünyanın bir sıra ölkələri dəmir yolu sayəsində sərnişindaşımada effektli addımlar atmağa çalışır. Avtomobillərin sayının kəskin artımı fonunda bu nəqliyyat növünə ehtiyac hər keçən gün artır. Azərbaycan Dəmir Yolları isə çox vacib istiqamətə hərəkəti dayandırır.
Üstəlik, bir çox stansiyalar ləğv edilməyə başlanıb. Qurumun nə etmək istədiyini başa düşmək olmur. Sanki bu nəqliyyat növü sıradan çıxarılır. Azərbaycan Dəmir Yollarının rəhbərliyi iradları da qəbul etmək istəmir. Stansiyaların ləğvi ilə bağlı sual onları lap qıcıqlandırır. Adını qoyurlar ki, yetərincə tələbat yoxdur. Bu boyda da yalan olmaz. Əksinə, əhalinin rahat nəqliyyat növünə çox ehtiyacı var. Xüsusilə paytaxtın tıxacı sakinləri əldən salıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024