Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-02-2024, 17:43)
"Maxi.az"da müştərilərin 40 minlik telefonları lombarda qoyulubmuş - Mağazanın vəzifəli şəxsi həbs edildi

"Maxi.az"da müştərilərin 40 minlik telefonları lombarda qoyulubmuş
Müştərilərin telefonunu lombarda qoyub, kredit götürən "Maxi.az" mağazalar şəbəkəsinin anbardarı həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş Vüsal Haqverdiyev müştərilərə məxsus 14 ədəd "Apple" markalı müxtəlif "iPhone", 2 ədəd "Xiaomi", 1 ədəd "Samsung" markalı mobil telefonları, 2 ədəd "Airpods" və 1 ədəd "iPhone" elektron saatı lombarda qoyub.

Vüsal Haqverdiyev 2018-ci ilin yanvar ayından 2023-cü ilin 28 fevral tarixədək "Maxi.az" mağazalar şəbəkəsinin Nərimanov rayonunda yerləşən "Texno servis" mərkəzində anbardar vəzifəsində çalışıb. O, 20 iyun 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək cəmiyyətin qeyd olunan ünvanda yerləşən anbarından müxtəlif növ, ümumilikdə 40840 manat dəyərində mobil cihazı müştərilərə təhvil verməli olduğu halda götürərək istintaqa məlum olmayan müxtəlif lombardlarda girov qoyub kredit götürərək, şəxsi ehtiyaclarına xərcləyib.

Gülnarə (şərti ad) adlı qadın müştəri 2022-ci ilin noyabr ayında telefon almaq məqsədilə Nərimanov rayonuda yerləşən "Gənclik Mall” ticarət mərkəzindəki "Maxi.az” mağazasından 2250 manata "iPhone 14 Plus" 128GB Midnight markalı mobil telefon alıb. Telfon nasaz çıxdığından "Maxi.az”ın "Texno servis” mərkəzinə təhvil verib. Lakin mobil telefonun qəbulundan sonra ona heç bir məlumat verilməyib. O, servisə gedərək telefonu tələb edib. Servisdə ona rəy göstərərək, telefonun saz vəziyyətdə olduğu bildiriblər və daha üstün model almaq üçün gözləməsini deyiblər. Qadın 2023-cü ilin yanvar ayında "Gənclik Mall”da yerləşən "Maxi.az” mağazasında gedib, şirkətdən yeni model "iPhone 14 pro" 128 GB midnight veriblər. O, təxminən 500 manat məbləğində əlavə pul ödəyib.

Cavid (şərti ad) adlı müştəri "Maxi.az” mağazasının Əhmədli qəsəbəsində yerləşən filialından 3500 manata "iPhone 13 Pro max" 256GB graphite markalı mobil telefon alıb. Telefonu aldıqdan bir müddət sonra nasazlıq olub. Müştəri həmin telefonu sözügedən servisə təhvil verib. Lakin mobil telefonun qəbulundan 14-15 gün keçməsinə baxmayaraq, servis öz öhdəliklərini yerinə yetirməyərək telefonu təmir edib qaytarmayıb. Telefonu servisə verdikdən təxminən 30 gün keçdikdən sonra yenidən ora müraciət edib. Bu zaman ona telefonda zavod qüsuru olduğu bildirilib. O, şirkətdən telefonu tələb etdikdə anbarda "iPhone 13 pro max" 256GB graphite markalı mobil telefonun qalmadığı bildirilib.

"Maxi.az" mağazalar şəbəkəsinin digər müştəriləri də eyni problemlə üzləşiblər.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024