Sosial (20-02-2024, 11:24)
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq?
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin İqtisadiyyat Nazirinin yeni müavinlərindən biri olacağı ilə bağlı xəbərlər yayılıb.
AzToday.az mediada yayılan məlumatlara istinadən xəbər verir ki, yaxın günlərdə təyin olunacaq nazir müavinləri arasında Mahir Cəbiyevin də adı hallanır.
Məlumatlarda həmçinin qeyd olunur ki, KOBİA rəhbərliyində təmsil olunan şəxslərdən bir-neçəsinə müxtəlif nazirliklərdə vəzifə veriləcək.
Bir müddət öncə Mahir Cəbiyev haqqında yerli mətbuatda yayılan məlumatlarda onun milyonçu məmur olduğu iddia edilirdi. Həmin məlumatda bildirilirdi ki, KOBİA-nın Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyev vəzifəyə təyin olunandan sonra milyonçu məmura çevrilib. Qısa müddətdə bahalı mülklərə və avtomobillərə sahib olan Mahir Cəbiyevin qohumlarının adına şirkətlər də yaratdığı bildirilir
Kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləyən, onun tənzimlənməsində, kiçik və orta biznes maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etməli olan KOBİA-nın dəstəklədiyi biznes strukturlarını araşdırdıqda məlum olur ki, real iqtisadiyyat deyil, əsasən xidmət sahələrinə güzəştli kreditlər verilib. Həmçinin, biznes layihələrinin maliyyələşdirilməsi prosesində bir çox hallarda tanışlıq faktoru rol oynayır. Mediada yayılan məlumatlara görə, əgər KOBİA-da tanışın yoxdusa, layihən keçməyə bilər. Varsa ,zəmanətlə güzəşli kredit almaq, qrant müsabiqələrində qalib olmaq şansın yüksək olur.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovdur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024