Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2024, 15:41)
Gömrük Komitəsi "Yenimotor"u cəzalandırır

Gömrük Komitəsi "Yenimotor"u cəzalandırır
"Yenimotor" şirkətinə cərimə protokolu yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə protokol tərtib edilib.

İXM-nin 485-ci maddəsində malların və nəqliyyat vasitələrinin gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsinə görə cərimə məbləği müəyyənləşib.

485.2-ci maddəyə əsasən isə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə Aşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyilə baxılacaq.

Qeyd edək ki, "Yenimotor" MMC "Honda Avtomobil Mərkəzi"nin sahibidir. Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Yusif Rafiq oğlu Hüseynovdur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024