Ana səhifəBizimlə əlaqə
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?
Nazirliyin vəzifəli şəxsi Eduard Hacıyevin 151 min manat pul qalmaqalı araşdırılacaq?
İcra başçısı Rafiq Quliyev son xəbərdarlıqlardan nəticə çıxaracaq?
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?
Əlsəfa Məmmədov bu qədər sərvəti necə toplayıb?
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Ucarın icra başçısının camış ferması üzə çıxdı — FOTO+VİDEO
Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2024, 09:46)
Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı

 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu açıq tenderin nəticələri bir neçə gündür ki,  elektron medianın gündəmini zəbt edib. Hamı dövlət qurumuna 320 min manata icarəyə yer verən Emil Vidadi oğlu Orucovu axtarır. Hamı onun hansısa yüksək çinli bir dövlət məmurunun yaxını olduğunu iddia edir. Həqiqətən də, oturduğu yerdə ildə bu qədər qazanc əldə edən şəxs kimdir?

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyri-yaşayış sahəsinin icarəsi üzrə 19.10.2023-cü il tarixdə başladığı açıq tenderə yekun vurub və fiziki şəxs Emil Vidadi Oğlu Orucovla 320.067 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron medida yayılan məlumatlarda Emil Vidadi oğlu Orucov heç bir məlumatın olmadığı bildirilir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar üzərindən apardığı araşdırmada məlum oldu ki, bu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağladığı ilk satınalma müqaviləsi deyil.

Belə ki, Agentlik fiziki şəxs Emil Vidadi oğlu Orucovla icarə xidmətinin satın alınması üzrə 14.11.2020-ci ildə 289.872 manat, 20.12.2022-ci ildə 318.622,07 manat məbləğində satınalma müqavilələri bağlayıb. Göründüyü kimi Dövlət Agentliyi son üç il ərzində icarə xidmətinin satınalmasına 928 561 manat dövlət vəsaiti xərcləyib.

Maraqlı burasıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Şərtlər toplusunda satınalan təşkilatın ünvanı 2022- 2024-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə, 2020-ci ildə isə Bakı şəhəri, Binəqədi rayonu 6-ci mkr., Mirmahmud Kazımovski küçəsi 134 göstərilir.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmi portalında Tibbi-Sosial Ekspert Komissiyalarının ayrı ayrı ünvanlarda inzibatı binalarının olduğu göstərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibatı binası isə Bakı şəhəri, 6-cı mkr-n, Mirmahmud Kazımovski küç. 134 ünvanda yerləşir və ən müasir tibbi avadanlıqlarla tam təchiz olunub.

Buradan suallar yaranır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə son üç il ərzində bir milyon manat civarında icarəyə yer götürməsi hansı zərurətdən yaranıb? İcarəyə götürülən bu bu yerdə Agentlik əhaliyə nə kimi xidmətlər göstərir? Bu icarə obyekti əhaliyə xidmət üçündürsə nə üçün ünvanı göstərilməyib?

Digər sual isə fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağlıdır. Kimdir bir dövlət qurumundan üç il ərzində bir milyon manata yaxın icarə haqqı alan Emil Orucov?

İnternet axtarış sistemləri üzərində əldə etdiyimiz məlumatlarda Emil Vidadi oğlu Orucovun 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının avtoreferatı təqdim olunub. Onun bu elmi adı  alıb, almaması, iş yeri barədə əlavə heç bir məlumat yoxdu.

Aktualinfo.org-un əldə etdiyi məlumata görə o, uzun müddətdir təhsil sistemində çalışan, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışan Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib.

Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə,  RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Rəsmi dövlət qurumlarının portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Dövlət Agentliyinə son üç il ərzində bir milyon manata yaxın icarəyə yer vermiş fiziki şəxs Emil Vidadi oğlu Orucov dövlət məmuru, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğludur.

Bəs Vidadi Orucov ünvanı gizlədilən və yaxud da açıqlanmayan belə bir obyekti hansı vəsaitlər hesabına ərsəyə gətirib çıxarıb? Təbii ki, aylıq maaşla bunu heç kim edə bilməz. Yuxarıda vurğuladığımız kimi Vidadi Orucov uzun müddətdir təhsil sistemində çalışır. Elektron medianın iddia etdiyi kimi o qədər də yüksək çinli məmur deyil, sadə bir Kollec direktorudur. Azı 26 ildir kollec direktoru vəzifəsində oturmuş Vidadi Orucovun yığdığı pullar da təbii ki, qanunsuz şagird  qəbullarından, imtahanlardan toplanan rüşvət və dövlət vəsaitlərinin mənimsənilməsi hesabına başa gəlib.

Məlumatlara görə Vidadi Orucov uzun müddət sabiq Baş prokuror Zakir Qaralova arxalanaraq tutduğu vəzifələrdə istədiyini edib. Hazırda 68 yaşı olmasına baxmayaraq Vidadi Orucov Sosial-İqtisadi Kollecin direktoru vəzifəsini əldən vermək istəmir. Necə deyərlər, həm icarəyə verdiyi obyektlərdən, həm də dövlət vəsaitlərini talamaqla qazanır. Kim bilir, onun üzdə olmayan və icarəyə verdiyi belə obyektlərin sayı nə qədərdir?

 Aktualinfo.org



шаблоны для dle 11.2

Reklam
Ən çox oxunanlar
“Rəhimə” Reabilitasiya Mərkəzi 5000 manat CƏRİMƏLƏNDİ

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Fotolar

Almaniya PUA-lardan müdafiəyə 100 milyon avro ayırır

Ərməki kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Səhmdarlar “Baku International Tobacco”dan narazıdır - “25 ildir hüquqlarımız tapdanır“

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

Ekologiya Nazirliyinin tabeliyində olan qurum 98 min manatlıq avadanlıq alır – 5 manatlıq şirkət qalib gəldi

Tramp göstəriş verib, F-35 təyyarələri... - Fidan

Gəncə Regional Kollecində idarəçilik böhranı dərinləşir: kollektiv təzyiq altında, Tərlan Qayıbova isə himayə olunur

Ucarın icra başçısının camış ferması üzə çıxdı — FOTO+VİDEO

İlham Əliyevin Özbəkistan səfərindən - Görüntülər

Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı - Video

• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 11 2025
İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi — ŞOK FAKTLAR/VİDEO
18 11 2025
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
18 11 2025
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?
18 11 2025
Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
18 11 2025
Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
18 11 2025
Samir Nuriyev Zəngilanda iclas keçirdi - Fotolar
18 11 2025
Əkrəm Həsənov: “LGBT təbliğ ediləndə normal insanlar da özündə nəsə axtarmağa başlayır...”
18 11 2025
Nazirliyin vəzifəli şəxsi Eduard Hacıyevin 151 min manat pul qalmaqalı araşdırılacaq?
18 11 2025
İcra başçısı Rafiq Quliyev son xəbərdarlıqlardan nəticə çıxaracaq?
18 11 2025
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
18 11 2025
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
18 11 2025
DTX Xankəndidəki iclasdan - Video paylaşdı
18 11 2025
Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? – ETSN hələ da susur…
18 11 2025
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş
18 11 2025
Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... - İDDİA
18 11 2025
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
18 11 2025
 Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – FOTOFAKT
18 11 2025
Zirəddindən qorxulu müharibə proqnozu - "Yaşadığımız ərazi də..."
18 11 2025
Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI...
18 11 2025
Dayanacağa gedirdi, maşın vurub öldürdü
18 11 2025
Deyir ki, ailəm Mehdiyevin arvadı ilə erməni dilində danışıb...
18 11 2025
DGK Maliyyə Nazirliyinə birləşdirilir - Gömrük Xidməti yaradılacaq
18 11 2025
Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
18 11 2025
Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar
18 11 2025
Leyla Əliyeva festivalda... - Fotolar
17 11 2025
Səhmdarlar “Baku International Tobacco”dan narazıdır - “25 ildir hüquqlarımız tapdanır“
17 11 2025
Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
17 11 2025
Bir sorğuya 107 min xərclənəcəyi xəbərinə - Nazirdən reaksiya
17 11 2025
Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı
17 11 2025
Milyonçunun oğlu növbəti dəfə axtarışa verildi – aliment qaçağı

Redaktor seçimi
Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Əlsəfa Məmmədov bu qədər sərvəti necə toplayıb?

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Naziri tənqid obyektinə çevirməyə çalışan Bəxtiyar Qılıncov hansı maraqlara xidmət edir?

Binəqədidə bağça ərazisini kimlər satır?

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə hallarına son qoyulacaqmı?


Copyright © 2013 Mediatv.az
The site created : Web Media
Diqqət! Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Tel: +99412 510-21-31; +99470 250-20-46 media-tv.az@mail.ru, mediatv.az68@gmail.com
Ünvan: Mətbuat prospekti, 529-cu Məhəllə, Azərbaycan Nəşriyyatı, 6-cı mərtəbə